TürkiyədəAzərbaycanı daha yaxından tanıyaq!” devizi altında yeni layihəyə start verilib

 

Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin təhsil müəssisələrindəAzərbaycanı daha yaxından tanıyaq!” devizi altında yeni layihəyə start verib. Layihə əsasında Azərbaycan Xalq Cümhuriyyəti Cümhuriyyət qurucularının tarixi fədakarlığı, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin zəngin mənalı həyat fəaliyyəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxistiqamətli fəaliyyəti, xalqımızın qədim mədəniyyəti, həmçinin görkəmli şəxsiyyətləri s. barədə ətraflı məlumat veriləcək.

AZƏRTAC xəbər verir ki, bu layihə çərçivəsində Türkiyədəki universitet məktəblərdə Azərbaycan otaqlarının qurulmasına başlanılıb.

İlk Azərbaycan otağı Müstəqillik Günü Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi münasibətilə Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbində (Samsun Bafra Kolay Orta okulu) qurulub otağın açılışı olub.

Məktəbin müəllim şagirdlərinin böyük sevinclə qarşıladığı açılışda Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov layihə onun ayrı-ayrı hissələri barədə müfəssəl məlumat verib.

Layihəyə Samsundan start verilməsi təsadüfi deyil. Çünki Samsun Türkiyənin milli azadlıq mübarizəsində öz yeri rolu ilə seçilən bölgədir. Qazi Mustafa Kamal Atatürk silahdaşları ilə birlikdə 1919-cu il mayın 19-da Samsun sahillərinə çıxaraq qədim türk yurdunun qurtuluş mübarizəsinə başlayıb. Bu tarixi həqiqətlə öyünən samsunluların Qarabağ Zəfərini xüsusi bir sevinclə qarşılaması olduqca təbiidir. Ən azı ona görə ki, Anadolunun bu məkanında gözünü həyata açan hər kəs vətənpərvərlik eşqi ilə tərbiyə olunur, torpaq yurd sevdası ilə böyüyür.

Digər tərəfdən, Samsundakı Kolay kənd orta məktəbinin direktoru Faruk Akkurt Azərbaycanın Türkiyədəki səfirliyinə məktubla müraciət edərək, müəllim şagirdlərin Azərbaycanı daha yaxından tanımaq arzusunu istəklərini diplomatik nümayəndəliyimizə çatdırıb.

Məktəbdə yaradılan Azərbaycan otağında 11 lövhədən ibarət məlumatlandırıcı stendlər quraşdırılıb.

 

Azərbaycan.- 2022.- 19 may.- S.13.