Baydendən İlham Əliyevə tam dəstək

 

 

    Azərbaycan Avropadünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır;

    Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir;

    Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik;

    Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq;

    Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir.

 

 

 

 

 

Azərbaycanın beynəlxalq münasibətlərdə söz sahibi olması, qlobal məsələlərdə güclü və müstəqil mövqe nümayiş etdirməsi dünyanın qəbul etdiyi reallıqdır. Ayrı-ayrı siyasi mərkəzlər, dövlət və hökumət başçıları dəfələrlə Prezident İlham Əliyevin qlobal məsələlərə verdiyi töhfələri, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı istiqamətində fəaliyyətini daim yüksək qiymətləndiriblər.

 

 

 

Ev Prezident İlham Əliyevin  qətiyyətli siyasi kursunu təqdir edir

 

 

 ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda da respublikamızın beynəlxalq məsələlərlə bağlı mövqeyi, qlobal təhlükəsizliyə dair fəaliyyəti təqdir olunur. Məktubun əsas məqamlarından biri ABŞ Prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərdir. ABŞ Azərbaycanın enerji siyasətində yer alan əsas tərəfdaşlardan biridir. Bu sahədə əlaqələr strateji xarakter daşımaqla həm Bakının, həm də Vaşinqtonun maraqlarına cavab verir. ABŞ-ın sabiq prezidentləri də Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri hər zaman yüksək qiymətləndiriblər.  Bu məktub isə ondan xəbər verir ki, Evin indiki rəhbərliyi də Azərbaycanın enerji resurslarının Avropadünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsindəki  roluna mühüm əhəmiyyət verir.

Azərbaycan həm də ABŞ-ın dəstəyi ilə formalaşan beynəlxalq antiterror tədbirlərində fəal iştirak edib. Azərbaycan hərbçiləri müxtəlif ölkələrdə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini veriblər. Azərbaycan bu gündünyada sülhün və təhlükəsizliyin təmin  olunmasına yardımını əsirgəmir. Bu baxımdan ABŞ Prezidentinin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və bu ölkəyə göndərdiyi humanitar yardımları yüksək qiymətləndirməsi, terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri təqdir etməsi Azərbaycanın qlobal məsələlərdəki qətiyyətli mövqeyinə olan ehtiramın təzahürüdür.

Bütövlükdə, ABŞ Prezidentinin məktubu ondan xəbər verir ki, Ev hazırkı gərgin beynəlxalq münasibətlər sistemində də Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunu görür və təqdir edir.

 

 

 

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqları dəstəkləyir

 

 

Eyni zamanda bu məktub onu göstərir ki, ABŞ İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycanın regionda yaratdığı reallıqları bölüşür. Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Dövlət katibi Antoni BlinkenPrezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə etmişdi. Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulamışdı. Bunun ardınca Cozef Baydenin məktubunda hazırkı vəziyyəti Cənubu Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsi  təsdiq edir ki, Vaşinqton İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul edir və dəstəkləyir.

Məktubda xususi qeyd olunan məsələlərdən biri də ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyinin ifadə olunmasıdır. Bu, ABŞ-ın ölkəmizlə münasibətlərə verdiyi yüksək önəmin  və Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyinə dəstəyinin təcəssümüdür.  Eyni zamanda məktubda o da bəyan olunur ki, ABŞ qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusundadır.

Qeyd edək ki, Cozef Baydenin təxminən iki ay əvvəl Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu iki dövlət arasındakı əlaqələrin perspektivinə tam aydınlıq gətirmişdi.  Ona qədər Bakı ilə Vaşinqton arasında ali siyasi səviyyədə təmas olmamışdı.  Novruz bayramı münasibətilə göndərilən məktub ABŞ Prezidentinin Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərmişdi.

Cozef Baydenin Müstəqillik Günü ilə bağlı təbrik məktubu da ABŞ-ın hazırkı Administrasiyasnın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını  təsdiq edir.

 

 

Azərbaycan.-2022.- 21 may.- S.1.