Azərbaycanda iqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş Klassik Xalq Cəbhəsi Partiyasının sədri ilə keçirilib

 

 

Ölkəmizdə yeni siyasi konfiqurasiyanın inkişafı, iqtidar-müxalifət dialoqunun davamı olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 20-də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalarqanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Administrasiya rəsmisi Vətən müharibəsində qazanılmış Qələbə, müharibə dövründə siyasi partiyaların siyasi həmrəylik nümayiş etdirməsi, regionda yeni siyasi reallıqların yaranması barədə geniş söz açıb. Bu reallıqlar kontekstində Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan iqtidar-müxalifət dialoqu barədə danışan şöbə müdiri bildirib ki, dövlətçiliyin, müstəqilliyin qorunmasında, siyasi plüralizmin, fikir azadlığının təmin olunmasında siyasi partiyaların yerirolu danılmazdır. Bu səbəbdən, ölkəmizdə aparılan siyasi dialoq gələcəkdə siyasi sistemin təməl prinsiplərini möhkəmləndirəcək.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan köklü siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Siyasi partiyaların qərargahla təmin olunması, media resurslarının bütün imkanlarından geniş istifadə etməsi, qurultaylarının keçirilməsi və nəticələrinin dövlət qeydiyyatına alınması, siyasi partiyaların mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyətlərini qurması, fikirsöz azadlığının təmin olunması, çoxpartiyalı sistemin inkişafı yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. Bundan əlavə, yaradılmış yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması hər kəsə bərabər şəraitin yaradılmasını özündə ehtiva edir. Siyasi dialoqun nəticəsi kimi bu gün müxalifətlə iqtidar arasında sağlam əməkdaşlıq mühiti formalaşıb, hər bir partiya yeni reallıqları qorumalı və inkişaf etdirməlidir.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev öz növbəsində ölkəmizdəki siyasi dialoq təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib, Vətən müharibəsi zamanı əldə olunmuş siyasi birliyinmilli həmrəyliyin Qələbənin və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. İqtidar-müxalifət dialoquyeni siyasi konfiqurasiyanın önəmi barədə danışan partiya sədri deyib ki, Klassik Xalq Cəbhəsi partiyası öz fəaliyyətini hər zaman dövlətçiliyin qorunması istiqamətində qurubbundan sonrada bu istiqamətdə işlərini davam etdirəcək.

Sonda ölkəmizdə siyasi dialoq mədəniyyəti, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işləri, Böyük Qayıdış prosesi, beynəlxalq münasibətlər sistemində Azərbaycana olan ikili münasibət barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan $g 2022.- 21 may.- S.2.