Şuşa şəhərində
Şuşa Real Məktəbinin
binasının layihələndirilməsi və bərpası
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Şuşa şəhərində Şuşa Real Məktəbinin
binasının layihələndirilməsi və bərpası
məqsədilə Azərbaycan Respublikasının 2022-ci il
dövlət büdcəsində işğaldan azad olunmuş
ərazilərin yenidən qurulması və bərpası
üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir)
milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2022-ci il
Azərbaycan.-2022.-
21 may.- S.2.