"Hüquqi
Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin
Müşahidə Şurasının tərkibinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"
publik hüquqi şəxsin Müşahidə
Şurasının aşağıdakı tərkibi təsdiq
edilsin:
Müşahidə Şurasının sədri
Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri
Şahin Əliyev - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru
Humay
Əfəndiyeva - Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimi
Xalid Qasımlı - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri
Fərid Hacıyev - Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2022-ci il
Azərbaycan.-2022.- 21 may.- S.2.