"Azərbaycan Respublikası
Təhsil Nazirliyinin tabeliyində
"Bakı Mühəndislik Universiteti"
publik hüquqi şəxsin
yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikası Təhsil Nazirliyinin tabeliyində "Bakı
Mühəndislik Universiteti" publik hüquqi şəxsin
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 8
noyabr tarixli 2429 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1868;
2017, ¹ 2, maddə 198) 1-ci hissəsinə "fundamental" sözündən
sonra ", nəzəri-metodoloji, pedaqoji-metodiki" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2022-ci il
Azərbaycan.-2022.-
21 may.- S.2.