"Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi"nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi"nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 198; 2019, ¹ 3, maddə 404, ¹ 7, maddə 1230; 2020, ¹ 2, maddə 107, ¹ 6, maddə 698; 2021, ¹ 2, maddə 126) 1-ci və 3-cü hissələri ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2022-ci il

Azərbaycan.-2022.- 21 may.- S.2.