"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun  tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 2000-ci il 10 avqust tarixli 383 nömrəli, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında"  Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə" 2000-ci il 23 dekabr tarixli 432 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1.  Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 606; 2001, ¹ 10, maddə 640; 2002, ¹ 4 (II kitab), maddə 189, ¹ 10, maddə 592; 2003, ¹ 10, maddələr 566, 569; 2004, ¹ 6, maddə 432; 2005, ¹ 5, maddələr 400, 403, 405; 2006, ¹ 7, maddə 590, ¹ 8, maddə 678, ¹ 9, maddə 742; 2007, ¹ 11, maddə 1097, ¹ 12, maddə 1246; 2008, ¹ 7, maddə 613; 2009, ¹ 3, maddə 163, ¹ 10, maddə 788, ¹ 12, maddə 990; 2010, ¹ 6, maddə 498, ¹ 7, maddə 610; 2016, ¹ 2 (II kitab), maddə 233, ¹ 3, maddə 438; 2017, ¹ 7, maddə 1352, ¹ 11, maddə 2032; 2019, ¹ 6, maddə 1036; 2020, ¹ 4, maddə 397; 2021, ¹ 6 (I kitab), maddə 567, ¹ 12, maddə 1351) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 13.2-ci bəndinin ikinci abzasına "sağlamlaşdırılması," sözündən sonra "sahibkarlığa dövlət köməyinin, o cümlədən" sözləri və "mühafizəsi," sözündən sonra "dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi," sözləri əlavə edilsin.

 

2.  Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 12, maddə 844; 2001, ¹ 7, maddə 470, ¹ 10, maddə 640; 2002, ¹ 12, maddə 725; 2003, ¹ 9, maddə 475, ¹ 10, maddələr 569, 585; 2004, ¹ 9, maddə 678; 2005, ¹ 5, maddə 400; 2006, ¹ 7, maddə 590; 2007, ¹ 5, maddə 452, ¹ 6, maddə 599, ¹ 11, maddə 1097; 2008, ¹ 7, maddə 613; 2009, ¹ 3, maddə 163, ¹ 12, maddə 990; 2010, ¹ 6, maddə 498, ¹ 7, maddə 610; 2013, ¹ 10, maddə 1146; 2014, ¹ 5, maddə 477; 2015, ¹ 9, maddə 999; 2016, ¹ 8, maddə 1384; 2019, ¹ 3, maddə 413, ¹ 5, maddə 826, ¹ 6, maddə 1036; 2021, ¹ 1, maddə 41) ilə təsdiq edilmiş "Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

 

2.1.  8-ci hissəyə "dövlət əmlakının" sözlərindən əvvəl "Bu Qaydaların 9-cu hissəsi nəzərə alınmaqla," sözləri  əlavə edilsin;

 

2.2.  9-cu hissədə "maliyyələşdirilməsi," sözü ", o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi," sözləri ilə əvəz edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2022-ci il

Azərbaycan.-2022.- 21 may.- S.6.