"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8  (I kitab), maddə 580; 2002, ¹ 10, maddə 586; 2005, ¹ 5, maddə 391, ¹ 6, maddə 464; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə 478, ¹ 12, maddə 1005; 2007, ¹ 8, maddə 745; 2013, ¹ 11, maddə 1314; 2014, ¹ 12, maddə 1524; 2015, ¹ 2, maddə 78, ¹ 11, maddə 1297; 2017, ¹ 12 (I kitab), maddə 2191; 2019, ¹ 2, maddə 180, ¹ 5, maddə 797, ¹ 6, maddə 993, ¹ 8, maddə 1382; 2020, ¹ 5, maddə 509; 2021, ¹ 12, maddə 1299) aşağıdakı dəyişikliklər edilsin:

1. 8.2.8-ci maddəyə birinci halda "dövlət" sözündən əvvəl "bu Qanunun 11.2-ci maddəsi nəzərə alınmaqla" sözləri əlavə edilsin.

2. 11.2-ci maddədə "maliyyələşdirilməsi," sözü ", o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi," sözləri ilə əvəz edilsin.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2022-ci il

Azərbaycan.-2022.- 21 may.- S.6.