Tariximizə və taleyimizə işıq salan fond
Bu gün istər-istəməz
xeyirxahlıqdan, insanlara
qayğıkeşlikdən, xoş əməl və xoş niyyətdən söz düşəndə göz
önünə Heydər
Əliyev Fondu və bu fondun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva gəlir.
Xeyir əməllərin ünvanı
Yarandığı ilk gündən Heydər
Əliyev Fondu Ulu Öndərin müəyyən etdiyi yolla getdiyi, millətin istiqbalının
elmdə, təhsildə,
bilikdə olduğunu,
yüksəlişin yoluna məhz bu rakursdan
işıq salmağın
mümkünlüyünü yaxşı bildiyi üçün ölkəmizdə
ilkin olaraq təhsilin inkişafına,
onun maddi-texniki bazasının yaradılmasına
diqqəti artırdı.
Ölkədə məktəb və
məktəbəqədər uşaq müəssisələrinin
tikintisi yeni bir vüsət aldı. Məhz Mehriban xanımın təşəbbüsü və
təşkilatçılığı ilə Bakıdan başlayan təhsil quruculuğu Azərbayacanın
ən ucqar kəndlərində də
eyni templə aparıldı. İlk növbədə yeni məktəblərin tikintisinə
start verildi. Təmiri mümkün olan məktəb binaları əsaslı şəkildə
yenidən qurularaq hər cür zəruri
avadanlıqlarla, idman qurğuları və tədris vasitələri ilə təchiz olundu. Eyni zamanda yeni idman meydançaları, uşaq və ailə sağlamlıq mərkəzləri tikilərək
istifadəyə verildi.
Ötən illər ərzində Heydər Əliyev Fondunun fəaliyyətinin daha bir prioritet
istiqaməti xəstəxana
və poliklinikaların
tikilməsi, yenidən
bərpası, müasir
sağlamlıq mərkəzlərinin
açılması oldu. Bu gün Azərbaycanın ən ucqar rayon sakininin belə, müayinə və müalicə üçün
Bakıya gəlməsinə
lüzum yoxdur. Hər bir vətəndaşımız
yaşadığı rayonda
müayinə olunub yüksək səviyyədə
müalicə ala bilir.
Dünyaya açılan pəncərə
Çin filosofu Konfutsi insanları xarakterizə edərkən "Ən yaxşı insan fərq qoymadan həmişə yaxşılıq
edəndir", - deyirdi. Ölkəmizdə və dünyada xeyir əməllərin ünvanı kimi tanınan Heydər Əliyev Fondunun gördüyü işlər
ona rəhbərlik edən Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Fondun xeyriyyə tədbirləri
artıq çoxdan sərhədləri aşmışdır.
2007-ci ildə Hollandiyanın
paytaxtı Amsterdamda fəaliyyətə başlayan
Azərbaycan məktəbi
də Heydər Əliyev Fondunun diqqətindən kənarda
qalmayıb. Məktəbə kompüter dəsti
və dərs vəsaitləri göndərilib.
2008-ci ilin fevralında
isə qurumun "Təhsilə dəstək"
layihəsi çərçivəsində
Pakistanın Müzəffərabad
şəhərində dağıdıcı
zəlzələ nəticəsində
yararsız vəziyyətə
düşmüş məktəb
yenidən tikilib.
Azərbaycanın birinci xanımının
təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə
də yeni məktəb binaları tikilərək istifadəyə
verilib.
Belə
bir deyim var: "Əməlini göstər, kim olduğunu deyim". Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayı, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci
Dünya müharibəsində
dağılmış Berlin şəhər sarayının,
həmçinin Vatikan
arxivlərində saxlanılan
Azərbaycanın Orta
əsr əlyazmalarının
bərpa olunması fondun gördüyü çoxsahəli işlər
sırasındadır. Heydər
Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma
Memorandumuna əsasən,
Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsi ölkəmizin
multikultural dəyərlərə
sadiqliyini nümayiş
etdirən nümunədir.
Bütün bu işlər xalqımızı
dünyaya tanıtmaq,
Azərbaycan mədəniyyətinin,
tarixi irsinin, incəsənətinin dünyanın
bir parçası olduğunu sübut etmək üçün ölkəmiz adına
edilir.
Heydər Əliyev Fondu artıq illərdir ki, ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələrin dünya xalqlarına çatdırılması istiqamətində davamlı və əhatəli iş aparır. Erməni vandalizminin mahiyyətinin əyanı sübutu olan XX əsrin ən dəhşətli faciəsi - Xocalı qətliamı hər il fondun təşəbbüsü ilə dünyanın əksər ölkələrində qeyd edilir. Bu tədbirlərdə yaradıcı insanların, rəssamların, sənət adamlarının Xocalı faciəsindən bəhs edən əl işlərindən ibarət sərgilər təşkil olunur, fotoşəkillər və sənədli filmlər nümayiş etdirilir. Heydər Əliyev Fondunun apardığı işin nəticəsi olaraq dünyanın 13 ölkəsi XX əsrin ən dəhşətli, qanlı faciəsi olan Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Bu faktın özü çürük ideyaları ilə dünyanı zəhərləyən erməni lobbisi üzərində parlaq qələbənin sübutudur, xeyrin şər üzərində qələbəsidir, xalqımıza qarşı aparılan informasiya müharibəsində qazandığımız böyük uğurdur.
Biz aparılan bu uğurlu siyasətin nəticəsini 44 günlik Vətən müharibəsində bir daha hiss etdik. Savaş zamanı dünyanın nəhəng dini mərkəzi olan Vatikanın tərəfsiz mövqedə durması, obyektivliyin tərəfdarı olduğunu ifadə etməsi, eyni zamanda İtaliya kimi nəhəng bir dövlətin ölkəmizə dostluq münasibəti sərgiləməsi fondun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin məntiqi nəticəsi kimi qəbul edilməlidir.
Bu gün Heydər Əliyev Fondunun qədim və şərəfli tariximizin yadigarı olan tarixi abidələrimizin bərpa edilərək gələcək nəsillərə ötürülməsi, tədqiqi, arxeoloji qazıntıların aparılması istiqamətində apardığı işlərlə iftixar duymaqda tam haqlıyıq. Fondun dəstəyi ilə tarixin süzgəcindən süzülüb gəlmiş, lakin diqqətdən kənar qalmış adət-ənənələrimizə, musiqi mədəniyyətimizə yenidən həyat verilir. Düşmən işğalından azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda qədim mədəniyyət abidələrimiz, tarixi tikililər bərpa edilərək onlara yenidən həyat verilir. Xalqın milli sərvəti olan dini abidələrimizin əsaslı təmiri, bərpası da yaddan çıxmır. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam, Zəngilan şəhər məscidlərində sürətlə bərpa işləri gedir. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlər tikilir.
Bunlar işğaldan azad olunmuş ərazilərdə fondun maliyyə dəstəyi ilə gördüyü işlərin tam məcmusu deyil. M.Vaqifin məqbərəsinin qısa bir zamanda bərpa edilərək həyata qaytarılması, məşhur tarzən Sadıqcanın, eləcə də X.Natəvanın, M.Nəvvabın, Ü.Hacıbəylinin və Şuşa Realnı Məktəbində aparılan bərpa işlərinin həmmüəllifi də Heydər Əliyev Fondudur.
Heydər Əliyev Fondunun Qarabağda gördüyü işlərin kataloquna yeni adların, yeni ünvanların yazılacağı şübhəsizdir. Tarixi yaşatmaq, tarixdə qalmaq, xoş əməllərlə insanların qəlbində yurd salmaq, arxasıza dayaq olub, imkansız insanların qəlbində ümid yaratmaq xoşbəxtlikdir. Bu böyük şəxsiyyətin adını daşıyan, xeyir əməllərin ünvanı kimi tanınan Heydər Əliyev Fondu yarandığı gündən bir ümid çırağı kimi taleyimizə və tariximizə işıq salmaqda davam edir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2022.- 21 may.- S.9.