"Vətən bağı al-əlvandır"
Məşhur xalq
mahnısı "Sarı bülbül"ün maraqlı yaranma
tarixçəsi var
Deyirlər ki, Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra Qarabağ hökmdarı İbrahim Xəlil xan Cavanşir İranla münasibətlərini yoluna qoymaq üçün öz sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə verir. Ağabəyim ağa da ömrü boyu Vətən həsrəti ilə yaşayır. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirir. Şah Ağabəyim ağanın qəlbi şad olsun deyə, Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, meyvə ağacları gətirərək bağ saldırır. Hətta bağban da şuşalı olur. Bağın adını isə "Vətən bağı" qoyurlar.
Ağabəyim ağa bu gözəl bağçanı gəzərkən bütün gülləri, çiçəkləri özünəməxsus sevgi ilə oxşayar, ürəyi atlanarmış. Amma Şuşadan uzaqda xarıbülbülün bitməməsindən məyus olmuş və dərdini belə dilə gətirmişdi:
"Vətən bağı" al-əlvandır,
Yox
içində xarıbülbül.
Nədən
hər yerin əlvandır,
Köksün
altı sarı, bülbül?!
Azərbaycan.-2022.- 21 may.- S.11.