Bakıda “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib

 

 

Mayın 19-da Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri Kamal Abdullayev, G20 Dinlərarası Assosiasiyasının vitse-prezidenti, Dünya Dinlərinin Dialoq İnkişafının İcraçı direktoru, Corctaun Universiteti Berkli Mərkəzinin Din, Sülh və Dünya İşləri üzrə baş əməkdaşı Ketrin Marşal, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə beynəlxalq konfransın konsepsiyası və məqsədləri haqqında məlumat verilib.

Bildirilib ki, son bir neçə ildə G20 Dinlərarası Forum Assosiasiyası (IF20) ardıcıl olaraq G20 zirvə görüşləri (Avstraliya, Türkiyə, Çin, Almaniya, Argentina, Səudiyyə Ərəbistanı, İtaliya, bu il isə İndoneziya) və G20 Dinlərarası forumlar təşkil edib. IF20 ümumilikdə G20 prosesinə daxil edilə bilən, eyni zamanda, fəaliyyət üçün əlavə siyasət anlayışı və tərəqqini təmin edəcək bir sıra maraqlı dini tərəfləri bir araya gətirə biləcək konkret tövsiyələri toplamaq üçün regional bazada hazırlıq iclasları keçirilib.

Qeyd olunub ki, bu il İndoneziya ev sahibi olduğuna görə müsəlman dünyasına aid məlumatlar xüsusi əhəmiyyət kəsb edəcək. Builki tədbirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin miltikultural təcrübəsindən və əlaqələrindən, həmçinin Qafqaz müsəlmanları İdarəsi ilə mühüm tərəfdaşlıq imkanlarından istifadə edərək, Azərbaycanın yerləşdiyi region və G20 ölkələri ilə sıx əlaqələrə malik Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrdən ekspertlər dəvət ediləcək.

Panellərdə əsasən sülh quruculuğu, sülhməramlılıq və sabitlik sahələrində dinin rolu, tolerantlıq və multikulturalizm: regionaldini perspektivlər, COVID-lə mübarizədə dinin rolu üzrə regional perspektivlər mövzusunda müzakirələr aparılacaq.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dünyada sülhünsabitliyin qorunmasında, inkişafında dinindin xadimlərinin roluna əsaslanan mötəbər tədbirin multikultural dəyərlər ölkəsi Azərbaycanda keçirilməsini yüksək dəyərləndirib və forumun işinə uğurlar arzulayıb.

Bildirilib ki, müqəddəs kitabımız “Qurani-Kərim”də müxtəlifliyimizin bir-birimizi daha yaxşı tanımağımıza, yaxın olmağımıza xidmət etdiyi buyurulur. Qlobal problemlərin həlli üçün bəşəriyyətin dini-mənəvi dəyərlərə söykənməsi zəruridir. Sülh şəraitində dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, insan qardaşlığı Allahın buyruğudur. Lakin təəssüf ki, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Ksenofobiya təzahürləri və nifrət çağırışları cəmiyyətlərin, dövlətlərin daxili sabitliyini pozur, böhran, qarşıdurma və nifaq yaradır. Müasir dövrümüzdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək soyqırımı cinayətlərinə gətirib çıxarmaqdadır. Dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveçDanimarkada “Qurani-Kərim”in yandırılması cəhdləridir ki, bu hərəkət hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalıdır.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, nifrətə sövq edən, böhranların yaranmasında və münaqişələrin alovlanmasında dindən istifadə edən ekstremizmi, habelə antisemitizm, islamofobiyaxristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını, hər hansı bir dinin ardıcıllarına qarşı zorakılıq və terror aktlarını qətiyyətlə pisləndiyini deyib.

 

Qeyd edilib ki, hazırda təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir. Odur ki, dini icmaların müqəddəs saydıqları məqamlara qarşı hər hansı həqarətli hərəkətlər sanksiyaya məruz qalmalı, dindən sui-istifadə edən ekstremizmi rədd edən dəyərlər fəal şəkildə inkişaf etdirilməlidir.

 

Azərbaycan xalqının və dövlətinin dünyada insan cəmiyyətləri arasında həmrəylik və qardaşlıq bağlarının möhkəmləndirilməsi yönündə bütün səmimi təşəbbüsləri dəstəklədiyini deyən Allahşükür Paşazadə bildirib ki, tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnikdini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirilən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” məhz bu məramlara - dünyada insan həmrəyliyinə xidmət edir. Dini liderlərin I və II Ümumdünya sammitlərinə, mədəniyyətlərarası dialoqa dair mötəbər forumlara ev sahibliyi etmiş Azərbaycanda Böyük İyirmilik platformasında Dinlərarası Forum toplantısının keçirilməsi ölkəmizin multikultural təcrübəsinə verilən ali dəyərin təzahürüdür.

 

Vurğulanıb ki, Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” təbirinin müəllifi - ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev multikulturalizmi “Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti” kimi dəyərləndirərək, onu dövlət siyasəti səviyyəsində bərqərar edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində unikal fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir.

 

Qeyd edilib ki, 2020-ci ildə Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun rəşadəti sayəsində 30 ilə yaxın davam edən işğala son qoyub, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib. Bu Zəfərin qazanılmasında Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsi, xalq-dövlət birliyi, multikultural həmrəyliyimiz həlledici əhəmiyyət kəsb edib. İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edən, müsəlman, yəhudi, xristian olmasından asılı olmayaraq, hər bir qəhrəman azərbaycanlı rəşadətlə döyüşüb, bəziləri qazi olub, yaxud şəhadətə yüksəliblər.

 

Azərbaycandakı dini konfessiya rəhbərləri 44 günlük müharibə dövründə, hər zamankı kimi, yenə də bir yerdə olub, dünyaya xalqımızın haqq səsini çatdırıblar.

 

Beləlilə, multikultural ruhlu vətənpərvərliyin bəhrəsi ümummilli Zəfərimiz olub.

 

Vurğulanıb ki, Azərbaycan cəmiyyətində nümunəvi birgəyaşayışın və multikultural mühitin formalaşmasında İslam dininin bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinin müstəsna rolu danılmazdır. Bu gün dövlətimiz işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparır, işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini, mənəvi abidələrimizi bərpa edir, bölgədə sülhrifah yönündə iqtisadi layihələrlə çıxış edir. Bunun əksinə, monoetnik Ermənistanda bu gün də qisasçılıq meyilləri vardır.

 

Çıxışının sonunda QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edib, multikulturalizm ideyalarının dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi qorunmalı, inkişaf etdirilməli olan, mühüm dünya problemlərinin həllində çıxış nöqtəsi kimi dəyərləndirib.

 

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri Kamal Abdullayev bildirib ki, bu gün Azərbaycan mültikulturalizminin təntənəsini təmin edən başlıca səbəb xalqımızın, xüsusən onun qabaqcıl nümayəndələrinin - alimlərinin, ədiblərinin və sənətkarlarının əsrlər boyu bu ideyalarla yaşaması, onu xalq arasında yaradıcılıqları vasitəsilə təbliğ etməsi ilə bağlıdır. Azərbaycan multikulturalizmi cəmiyyətin tərbiyəedici xüsusiyyətini saxlayaraq, hətta ateizmin dövlət səviyyəsində təbliğ olunduğu bir dövrdə, yəni, sovet hakimiyyəti illərində də öz funksiyasını qoruyub saxlamışdır.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra isə xalqımızın multikultural və tolerantlıq xüsusiyyətləri ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildi və bu dəyərlərə dövlət səviyyəsində əhəmiyyət verildi.

 

Sonrakı illərdə isə Prezident İlham Əliyev multikulturalizm və tolerantlığı Azərbaycan siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Beləliklə, Azərbaycanda yaradılmış bu hərəkat ümumdünya multikultural hərəkatının bir hissəsinə çevrildi və dövlətimizin, xalqımızın nüfuzunun yüksəlməsinə xidmət etdi. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində “Azərbaycan multikulturalizmi” adlı fənn tədris olunmağa başlandı. Əslində, bu fənnin tədrisi ilə həmin ölkələr həm də Azərbaycanın qədim tarixini, onun zəngin ədəbiyyatını və mədəniyyətini, xalqımızın adət-ənənələrini, özünəməxsus müsbət xüsusiyyətlərini öyrənməyə başladılar.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizmin inkişafı istiqamətindən böyük tədbirlərin həyata keçirildiyini vurğulayan Kamal Abdullayev bildirib ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilib, 2014-cü il 15 may tarixli Sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm İlielan edilib.

 

Prezident İlham Əliyev tərəfindən Azərbaycan multikulturalizminin təbliği məqsədilə təsis edilən Mərkəz qarşıya qoyulmuş məqsədlərə doğru irəliləyib və qısa müddətdə xalqımızın bu dəyərlərini bütün dünyada təbliğ etməyə nail olub.

 

Bugünkü Azərbaycan özünün multikultural potensialından faydalanaraq müxtəlif xalqların və dinlərin bir-birinə yaxınlaşmasını, sülh və sabitliyə töhfəni özünün məqsədi bilir, bu istiqamətdə fəaliyyəti ilə bəşəriyyətin inkişafına töhfə verməyə çalışır.

 

Tədbirdə çıxış edən G20 Dinlərarası Assosiasiyasının vitse-prezidenti, Dünya Dinlərinin Dialoq İnkişafının İcraçı direktoru, Corctaun Universiteti Berkli Mərkəzinin Din, SülhDünya İşləri üzrə baş əməkdaşı Ketrin Marşal çıxışında bildirib ki, Azərbaycanda belə bir tədbirin keçirilməsi həm ölkə, həm də region üçün mühüm amildir.

 

Biz Mərkəzimiz vasitəsilə Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə fəal əməkdaşlıq qurmuşuqbu istiqamətdə tərəqqini görürük”, – deyə Ketrin Marşal qeyd edib.

Bildirilib ki, beynəlxalq proses bu istiqamətdə uzun illərdir həyata keçirilir. Lakin 2008-ci il ümumdünya maliyyə böhranından sonra bu proses daha da sürətlənib və Böyük İyirmilik dünyanın nəhəng iqtisadiyyatları ilə Avropa İttifaqını bir araya gətirib. Burada əsas məqsəd böhran məsələlərini həll etməkdir. Həmçinin Böyük İyirmiliyin üzvü olan hər bir ölkə BMT-nin Davamlı İnkişaf Gündəliyini icra etməkdədir. Beləliklə, bir çox qruplarda biznes, əmək hüquqları, qadın haqları, şəhərsalma, o cümlədən dini məsələlər həmin ölkələr tərəfindən müzakirə edilir. Aydın görünür ki, dini məsələlərin müzakirəsi ildən-ilə daha çox əhəmiyyət kəsb edir. Belə ki, məhz bu platforma vasitəsilə bir çox ölkələr daxili, yaxud regional dini məsələləri müzakirəyə çıxarır və onun həllinə nail olmağa çalışırlar. Bu müzakirələrin iki əsas məqsədi var: Birincisi əsaslı tövsiyələrin hazırlanmasına nail olmaqdır. İkincisi isə dini mesajların yayılması üçün bu platformanın imkanlarından istifadə etməkdir.

Çıxışının sonunda forumun işinə uğurlar arzulayan Ketrin Marşal bu il də vacib müzakirələrin aparılacağına və tövsiyələrin hazırlanacağına ümidvar olduğunu deyib.

Konfransda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, qlobal miqyasda multikultural perspektivlərin müzakirəsi və keçirilməsi İndoneziyada nəzərdə tutulmuş G20 Dinlərarası Forumu Regional İclasının hazırlıq konfransı indi Azərbaycanda təşkil olunub və ölkəmiz belə bir mötəbər tədbirə ev sahibliyi edir.

Biz istərdik ki, İndoneziya Forumundan əvvəl ölkəmizdə bu tədbirdə iştirak edən qonaqlar multikulturalizm inancını mənimsəsinlər. Onlar görsünlər ki, Azərbaycanda bütün dini inanclar hörmətlə qarşılanır. Yalnız bu gün deyil, bütün tarix boyu Azərbaycanda müxtəlif millətlərin nümayəndələri etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq, dinc şəraitdə yanaşı yaşayıblar. Belə bir mühit Azərbaycan xalqının multikultural, tolerant ənənələrini, ümumi inkişafını şərtləndirib. Ən əsası odur ki, Azərbaycan xalqı əsrlərlə formalşdırdığı bu dəyərləri inkişaf etdirmişbu günqoruyub saxlaya bilmişdir. Bu gün multikulturalizm nəinki Azərbaycanda dövlət siyasətidir, eyni zamanda, dövlətimiz tərəfindən beynəlxalq miqyasda dinlərarası münasibətə müsbət təsirini göstərən məsələdir”, - deyə Rəvan Həsənov qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Bakı Prosesi” təsis olunduqdan sonra ölkəmiz Bakı Beynəlxalq Humanitar Forum, Dinlərarası Beynəlxalq Forum, Dünya Dini Liderlərinin Bakı Sammiti kimi tədbirlərə ev sahibliyi edib. Bütün bunlar göstərir ki, həqiqətən də Azərbaycan dünyada dinlərarası dialoqa, sülhinkişafa töhfə verməyə çalışır.

Hazırda dünyada baş verən bir çox münaqişələrin dinmilli mənsubiyyətə əsaslandığını vurğulayan icraçı direktor bildirib ki, Azərbaycan isə tarixən və bu gün də mürəkkəb geosiyasi məkanda yerləşib. Ona görə də bu cür dialoq paltformalarının yaradılması həm regionun, həm də bəşəriyyətin inkişafı üçün çox vacibdir. Konfrans həm də yeni layihələrin yaradılması və müştərək məqsədlərin istifadəsi üçün güclü təkandır.

Sonra beynəlxalq konfrans işini panel iclasları ilə davam etdirib.

 

Azərbaycan.-2022.- 20 may.- S.7.