İrəvanda etirazçılar güllələnirlər

 

Mitinqlərdə polislərlə yanaşı, oliqarxların cangüdənləri də zorakılıq edir

 

 

Ermənistanda narazılıq və qarşıdurma halları daha da çoxalır, müxalifətlə hakimiyyət arasında ziddiyyətlər getdikcə böyüyür.

Müxalifətin İrəvanda keçirdiyi etiraz aksiyaları üç həftədən artıqdır davam edir. Etiraz aksiyalarında qırmızı və qara "beretli"lər ayrı-ayrı polis bölməsində xidmət edən hüquq mühafizəçilərindən fərqli olaraq aksiyaçılara qarşı kobudqeyri-insani davranış sərgiləyirlər. Zorakılıq nümayiş edənlər arasında hökumətyönlü tanınmış oliqarxların cangüdənlərinin olduğu barədə də məlumatlar yayılır.

Ümumiyyətlə, etirazların davam etməsi fonunda paytaxt sakinləri üçün güllə səsləri adi hala çevrilib. Polisin işgəncəsi və zorakılığı nəticəsində etirazlarda xəsarət alaraq ölən 34 yaşlı Manvel Saakyanın yaxınları bildirib ki, üç polis əməkdaşı axşam saatlarında yaşadıqları evə girərək heç bir səbəb gətirmədən Manvelin bölməyə getməli olduğunu deyiblər. Polislər zor tətbiq edərək uşaqların gözü qarşısında onun qollarını qandallayıb bölməyə aparıblar. Ölən şəxsin anası baş nazir Nikol Paşinyanabaş prokuror Artur Davityana müraciət edib: "Görün Ermənistanda nələr baş verir. Ermənistanın daxili işlər nazirinə üzümü tutub deyirəm. Ar olsun sənə və sənin polis əməkdaşlarına!", - deyə narazı vətəndaş bildirib.

Ekspertlər qeyd edirlər ki, müxalifətin başladığı etiraz aksiyaları bir aya kimi davam edərsə, bu, Paşinyan üçün ciddi problemlər yarada bilər. Bundan başqa, diqqət ona yönəlir ki, məhz baş nazirin son 4 il ərzində ölkəyə rəhbərliyi təkcə Qarabağ müharibəsindəki məğlubiyyətlə bitmir. Bu müddətdə Ermənistanda həm iqtisadi, həm də enerji böhranı dərinləşib. Digər tərəfdən, Ermənistandan əhalinin köç prosesi artıq yeni mərhələyə daxil olub.

Görünən isə odur ki, yaranmış vəziyyətdə Paşinyan hakimiyyətdə yerini möhkəmlətmək üçün bütün addımları atacaq və ölkənin tənəzzülü daha da sürətlənəcək. Bu, Ermənistanın durumunu ağırlaşdıracaq ki, elə ictimaiyyət də məhz bundan narazıdır. Belə vəziyyətdə ölkədə hakimiyyətlə xalq arasında uçurumun dərinləşməsi gözlənilir. Bu isə Ermənistanı növbəti vətəndaş qarşıdurmasına sürükləyəcək.

Siyasi proseslərin fonunda Paşinyanın reytinqinin sürətli şəkildə aşağı düşməsi hakimiyyət daxilində gərginlik yaradıb. İqtidar həm mitinqdəki izdihamdan, həm də müxalifət qruplarının birgə fəaliyyət göstərməsindən çox narahatdır. "İravnuk" qəzeti yazır ki, hakimiyyət orqanları xüsusən sosial şəbəkələrdə müxalifətin artan hücumlarından qorxublar. Qeyd olunur ki, baş nazirin durmadan enən reytinqi qarşısında hamıya hazır olmaqsosial meydanda heç kimə aman verməmək tapşırığı verilib. Əks təqdirdə hamını işdən qovulmaq təhlükəsi gözləyir: "Saxta istifadəçilər Paşinyanın atdığı addımları tərifləməyə başlamalıdır. Ən əsası mümkün variantlarla opponentləri neytrallaşdırmaq, onları gözdən salmaq, inqilaba qədər kim olduqlarını başa salmaq tələb olunur. Bütün bunlar da hökumət üzvlərini özlərindən çıxarır. Çünki onlardan "feyk fabriklər"i doldurmaqPaşinyanla müxalifət arasında sipər rolunu oynamaq tələb olunur".

Bildirilir ki, sosial şəbəkələrdə mitinqlərə gətirmək üçün insanlara pul paylanıldığı, vilayətlərdən müxtəlif insanların toplandığı, mitinqin Rusiyanın Ermənistandakı səfirliyinin köməyi və hətta maliyyə dəstəyi ilə təşkil edildiyi barədə rəy formalaşdırılır.

Bu arada ölkədə inflyasiyanın kəskin sürətlənməsi də əhəmiyyətli mənfi sosial-iqtisadi nəticələrə gətirib çıxarıb. İnflyasiya şəraitində orta aylıq əməkhaqqının real artımı demək olar ki, 0,4 faizə bərabər olub. İnflyasiya pensiyaçılara və müavinət alanlara ciddi təsir edib, pensiya və müavinətlərin artım tempini aşağı salıb.

Göründüyü kimi, Paşinyanı devirmək istəyən müxalifətin ən böyük arqumentlərindən biri də sosial-iqtisadi tənəzzüldür. Müharibədə məğlubiyyətdən sonra Ermənistanda bu problem etirazların fonunda xüsusilə qabardılır, gündəmə gətirilir. Ölkə hərtərəfli böhran yaşayır.

 

 Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 20 may.- S.8.