Migel Angel Moratinos: BMT sülh çağırışları edən
Azərbaycanı dəstəkləyir
BMT-nin
Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi:
Müxtəlif mədəniyyətlər arasında anlaşma
yaratmaq, sülhü təbliğ etmək üçün
birgə çalışmalıyıq
Mayın
19-da Azərbaycanın mədəniyyət paytaxtı
Şuşada “Münaqişədən sonrakı humanitar
gündəliyin inkişafı: mədəni mühitin
canlandırılması yolu ilə davamlı inkişaf”
mövzusunda beynəlxalq konfrans öz işinə
başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov toplantının keçirildiyi Şuşa şəhərinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti sayəsində azad edildiyini xarici qonaqların diqqətinə çatdırıb. Nazir deyib: “Azərbaycanın dilbər guşəsi olan Şuşada bir araya gəlmişik. Bu gün tədbirdə iştirak edən xarici qonaqlarda sual yarana bilər ki, nəyə görə Şuşa bizim üçün bu qədər önəmlidir? Ona görə ki, Şuşa Azərbaycan mədəniyyətinin özüdür, zənginliyidir və irsimizdir. Bu şəhərin hər daşı bizim üçün o qədər əzizdir ki, hətta Vətən müharibəsi zamanı bizim igid ordumuz yalnız yüngül silahlardan istifadə edərək tarixi abidələrimizə zərər yetirməməyə çalışdı. Bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi plan əsasında Şuşada çox böyük yenidənqurma işləri həyata keçirilir. Şəhərdə infrastrukturun yenidən qurulmasına çox böyük diqqət yetirilir. Hazırda göründüyü kimi, burada sosial infrastrukturun inşasına başlanılıb. Bu yenidənqurma işləri vaxtilə Şuşadan didərgin düşən həmvətənlərimizin tam rahat şəkildə doğma ocaqlarına qayıtmalarına şərait yaradacaq. Əminəm ki, Şuşanın ab-havası sizə müsbət təsir göstərəcək və bu məkanda bundan sonra da bir çox tədbirlərdə sizlərlə bir araya gələcəyik”.
Sonra beynəlxalq konfrans panel iclasla işini davam etdirib. Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
İdarə heyətinin
üzvü Esmira Cəfərovanın moderatorluğu
ilə keçən iclasda TÜRKSOY-un Baş katibi, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik,
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
(Türk Şurası)
Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəni
Mülkiyyətlərin Qorunması
və Bərpasının
Öyrənilməsi üzrə
Beynəlxalq Mərkəzin
(ICCROM) Baş direktoru
Ebber Ndoro və digər qonaqlar çıxış
ediblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan
azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi
Emin Hüseynov çıxışı zamanı
atüstü milli oyunlarımızın qorunub
saxlanılması, qədim
tarixə malik atçılıq ənənələrinin
bərpası, ölkəmizdə
atçılıq turizminin
təbliğindən danışıb.
Bildirib ki, Qarabağ atı ilə oynanılan çövkən
oyunu 2013-cü ildə
UNESCO-nun “Təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”ya daxil edilib. Çövkən artıq Qarabağla
yanaşı, ölkəmizin
digər regionlarında
geniş yayılıb.
Emin Hüseynov
milli-mədəni dəyərlərimizin
qorunması və təbliğində Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti və UNESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın mühüm xidmətlərini
də diqqətə çatdırıb.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
Migel Angel Moratinos konfrans iştirakçılarına
videomüraciətində Şuşada
keçirilən tədbirdə
iştirak edə bilməməsinə görə
təəssüfləndiyini bildirib. Azərbaycan ilə mədəniyyətlərarası
dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini
deyən M.A.Moratinos sülh çağırışları
edən Azərbaycanı
dəstəklədiklərini vurğulayıb. Qeyd olunub
ki, işğaldan azad olunmuş ərazilərdə tarixi irsi bərpa etmək, eyni zamanda, mədəni ruhu geri qaytarmaq
üçün hər
şeydən əvvəl
sülhü bərpa etmək lazımdır.
Ali nümayəndə sülh anlayışının
və sülh naminə fəaliyyətlərin
daha sıx şəkildə önə
sürülməsinin vacibliyini
diqqətə çatdırıb.
BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri
haqqında da fikirlərini bölüşən
M.A.Moratinos ölkəmizin
beynəlxalq sülh çağırışlarını yüksək qiymətləndirib:
“Müxtəlif mədəniyyətlər
arasında anlaşma yaratmaq, sülhü təbliğ etmək üçün birgə çalışmalıyıq”.
Sonra konfrans iştirakçıları
italiyalı fotoqraf Fabrizio Continin işğaldan azad edilmiş ərazilərimizdə
lentə aldığı
fotolardan ibarət sərgi ilə tanış olublar.
Xatırladaq
ki, Şuşada “Münaqişədən sonrakı humanitar
gündəliyin inkişafı: mədəni mühitin
canlandırılması yolu ilə davamlı inkişaf”
mövzusunda beynəlxalq konfrans mayın 20-də işini davam
etdirəcək.
Azərbaycan.-2022.- 20 may.- S.5.