Tütün həm can alır, həm də pul sovurur
Bir dənəsi insan ömrünü 11 dəqiqə
azaltsa da, hər il
dünyada təxminən
5 trilyon ədəd siqaret çəkilir
Dünyada siqaret çəkilməsi
qlobal pandemiya kimi qalır. Son illərdə
müxtəlif xəstəliklərin,
ilk növbədə ağ ciyər xəstəliklərinin kəskin
şəkildə artması
tütün epidemiyasına
qarşı qlobal mübarizəni aktual mövzuya çevirib.
Ümumiyyətlə, hər 5 ölümdən
biri siqaret çəkməkdən olur. Bir ədəd
siqaret, insan həyatını 11 dəqiqə
azaldır.
Dünyada siqaret çəkən
insanların 69 faizi siqaretdən canını qutarmaq istəyir. Hər gün 85 min gənc siqaretə başlayır və bunların da 22 mini siqaretdən canını qutara bilmir.
Alimlərin apardıqları araşdırmalarda
isə hazırda ən çox siqaret çəkilən ölkələrin
reklamçılarının hansı hiylələrdən
istifadə etdikləri
barədə maraqlı
faktlar üzə çıxıb.
Beş nəfərdən biri siqaret çəkir
Beynəlxalq "Tobacco Atlas" məcmuəsində
yer alan məlumatda qeyd edilir ki, siqaret
çəkmək Yer
kürəsinin sakinlərinin
hələ də qurtula bilmədiyi, sağlamlığa ciddi ziyan vuran zərərli
vərdişlərdən biridir.
Hazırda dünyada 1,3 milyard siqaret
çəkən var. Onlar
arasında isə kişilər qadınlardan
təxminən beş
dəfə çoxdur.
Əksəriyyəti siqaretdən,
200 milyon adam
isə digər tütün məmulatlarından
istifadə edir.
Dünyada hər il təxminən 5 trilyon siqaret çəkilir və təkcə 2019-cu ildə tütün istehlakı 8,7 milyon insanın ölümünə
səbəb olub. Bir milyondan çox
adam isə
passiv siqaretçəkmədən
dünyasını dəyişib.
Bununla belə, müsbət tendensiya da var. 2007-ci ildə siqaret çəkənlərin
sayı 23 faiz idisə, 2019-cu ildə bu, 20 faizdən az olub.
İlk növbədə
inkişaf etmiş zəngin sənaye ölkələrində məhdudlaşdırıcı
tədbirlər sayəsində
irəliləyiş nəzərə
çarpır. Ən çox
tütün istehlakı
Şimali Makedoniya,
Belarus və Bolqarıstandadır.
Bu ölkələrdə ildə adambaşına təxminən 2400-2500 siqaret
düşür. Müqayisə üçün qeyd edək ki, bir
rusiyalı Çin sakini kimi ildə
orta hesabla 1900 siqaret çəkir.
Digər tərəfdən, tütün
sənayesi yeni taktikalardan istifadə edir. O, getdikcə bu
sahədə tənzimləməsi
zəif olan yoxsul ölkələrə
diqqət yetirir və gənclərə arxalanır. Alimlər müəyyən ediblər ki, 135 ölkədən 63-də gənclər
arasında tütündən
istifadə artıb.
Siqaret və digər tütün məmulatlarının
50 milyondan çox istifadəçisi 13-15 yaşlı
uşaqlardır. Onların sayı
ən çox Bolqarıstan, Rumıniya, Slovakiya və Xorvatiyadadır. Həmin ölkələrdə
yeniyetmələrin üçdə
biri siqaretdən sui-istifadə edir.
Marketinq
strategiyası dəyişib
Marketinq strategiyası da artıq dəyişib. Reklam artıq
ayrı-ayrı brendlərə
və məhsullara diqqət yetirmir, əksinə, siqaretçəkmə
vərdişini cazibədar
və arzuolunan bir hal kimi
təbliğ edir.
Marketinq həm də daha gizli və
hiyləgər yol tutub. Belə ki, indi tütün
məmulatları filmlərdə
və sosial şəbəkələrdə nümayiş etdirilir.
Statistikaya görə, Almaniyada hər dördüncü qadın və 18 yaşdan yuxarı hər üçüncü kişi siqaret çəkir. Ümumilikdə almanlar 2021-ci ildə tütün məmulatlarına təxminən 30 milyard avro xərcləyib.
2021-ci ildə 71,8 milyard
siqaret istehlak olunub. Bu, əvvəlki
illə müqayisədə,
demək olar ki, üç faiz azdır. Yəni orta hesabla almanlar
adambaşına 863 siqaret
çəkib.
Digər tərəfdən, elektron
siqaretlər və ya tütün qızdırıcıları kimi
alternativ məhsullar,
əksinə, daha çox yayılıb. Qəlyan tütününün istehlakı
40 faiz artaraq 8400 tona çatıb. Narkomaniya ilə Mübarizə Mərkəzinin (DHS) hesabatının
müəllifləri bunu
əsasən yeniyetmə
və gənclərin
çəkdiyi xüsusi
qəlyan tütününün
populyarlığı ilə
əlaqələndirirlər. Eyni zamanda bu yaş
qrupunda klassik tütün istehlakı azalmaqda davam edir. Alman yeniyetmələrinin, demək
olar ki, üçdə biri iyirmi il
əvvəl siqaret çəkirdisə, 2018-ci ildə
onların sayı 7 faizə düşüb.
Azərbaycan da zərərli
vərdişlə mübarizə
aparır
2019-cu ildə aparılmış
tədqiqatın nəticələrinə
əsasən, Azərbaycanda
15-19 yaşlı əhalinin
0,2 faizi, 20-44 yaşlı
əhalinin 13,6 faizi,
45-64 yaşlı əhalinin
21,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin 13,2
faizinin yaşı
65-dən çoxdur. Əhalinin
5,3 faizi gündə 20 ədəddən
çox siqaret çəkir.
2017-ci ilin dekabrında
Milli Məclis "Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması
haqqında" qanun qəbul edib. Hazırda İnzibati
Xətalar Məcəlləsinin
212-ci (Tütün məmulatının
istehlakına dair məhdudiyyətlərə riayət
edilməməsi) maddəsinə
əsasən, "Tütün
məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında" qanunla qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə
görə 30 manat məbləğində cərimə
nəzərdə tutulur.
Müəssisələrdə, idarələrdə,
təşkilatlarda siqaret
çəkmək üçün
xüsusi yerlərin ayrılmasının və
görünən yerlərdə
"Siqaret çəkmək
qadağandır!" xəbərdarlığının
və ya işarənin olmasının
təmin edilməməsinə
görə vəzifəli
şəxslər 400 manat
məbləğində, hüquqi
şəxslər 1000 manat
məbləğində cərimə
edilir.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2022.- 22 may.- S.8.