İrəvanda polis
zor tətbiq edir,
etirazçılar isə silahlandırılır
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır
İrəvanda baş verən qarşıdurma ölkədə
gərgin və xaotik vəziyyət yaradıb. Müxalifət Paşinyanın baş
nazir kimi ölkə idarəçiliyini
davam etdirməsinə
qarşı çıxaraq
bir neçə gündür etiraz aksiyaları keçirir.
Kürsüsünü itirmək istəməyən
Nikol Paşinyan isə kütləvi etirazların qarşısını
almaq üçün
bütün repressiv tədbirlərə əl
atır. Bir neçə gündür
ki, müxalifət İrəvanın dörd
müxtəlif hissəsində
kütləvi yürüşlər
keçirir. Onlar hökumət
əleyhinə şüarlar
səsləndirir və
baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edirlər.
Müxalifət fəalları parlamentin vitse-spikeri İşxan Saqatelyanın başçılığı
ilə İrəvanda
küçələrin birini
bağlayıblar. Aksiya iştirakçıları polisin küçəni açmaq tələbinə
məhəl qoymayıblar.
Bundan sonra polis etirazçıları
saxlamağa başlayıb.
İrəvanda Paşinyan iqtidarına etiraz edən insanlar Ermənistanda fəaliyyət göstərən
diplomatik nümayəndəliklərin
qarşısında aksiya
keçirməyə başlayıblar. Etirazçılar
Almaniya, Fransa və İtaliya səfirliklərinin qarşısına
toplaşıblar. Aksiya iştirakçıları
bildiriblər ki, əhali artıq Paşinyana və komandasına inanmır, çünki onlar xalqa verdikləri vədə əməl etmədilər.
Aksiyaçılar qeyd edirlər ki, Ermənistan hazırda ən ağır günlərini
yaşayır. Ölkədə məmur özbaşınalığı,
rüşvətxorluq və
işsizlik tüğyan
edir. Orduda işgəncə halları artıb. Vətəndaşlar məhkəmə
sistemindən və
polis zorakılığından cana gəliblər.
Bu arada etiraz akisyaları fonunda ölkədə hüquq-mühafizə
sistemi iflic vəziyyətinə düşüb. "4rd.am"
saytı yazır ki, Ermənistanda güc strukturları əsas işlərini unudublar və müxalifətin fəaliyyəti
nəticəsində başqa
gündəmə düşüblər.
Məlumata görə, hüquq-mühafizə
sisteminin əməkdaşları
bir-birləri ilə söhbətlərdə bütün
günü təcili məsləhətləşmələr aparmalı olmalarından narazılıq edirlər.
Çünki müxalifətin aksiyaları nəticəsində
ayrı-ayrı struktur
bölmələrində çalışan
rəsmilər fəallarla
məşğul olurlar,
yeni cinayət işləri açırlar,
onları araşdırırlar
və sair. Nəticədə digər işlər
arxa plana keçir. Hüquqşünaslar şikayət ediblər
ki, hüquq-mühafizə
orqanlarının bu fəaliyyət üslubu nəticəsində bir çox məhbusların və ya başqa
statuslu müttəhimlərin
məhkəmələri dayanıb.
Etiraz aksiyalarında o da qeyd olunur ki, müharibədəki məğlubiyyət fonunda Ermənistanda iqtisadi göstəricilər yaxşıya doğru dəyişməyib, əksinə, daha da pisləşib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb. İqtisadi tənəzzülün davam etməsi ilə birlikdə hakimiyyətin reytinqi də sıfra yaxınlaşır. Hazırda ölkədə adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 16 dəfə, məhsuldarlıq isə 9 dəfə aşağıdır. Ermənistanda ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür. Bu sahədə islahatlara başlamaq barədə heç bir təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, hazırda Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 25-30 faiz təşkil edir.
Xarici ticarət dövriyyəsində qeydə alınan mənfi saldonun həcminin mütəmadi olaraq artması Ermənistan iqtisadiyyatının ixrac potensialının tənəzzüldə olduğunu göstərən vacib faktordur. İş o yerə çatıb ki, əvvəl Ermənistanda istehsal edilən bəzi məhsullara olan tələbat artıq idxal hesabına ödənilir. Bunun əsas səbəblərindən biri də Ermənistanda fəaliyyət göstərən müəssisələrin bir çoxunun fəaliyyətini dayandırması və ya başqa ölkənin ərazisinə köçürülməsidir. Hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 60 faizindən çoxu işsizdir. Bu rəqəm son aylar xüsusilə artıb. Buna səbəb həm də hakimiyyətin pandemiya dövrünün tələblərinə uyğun sosial-iqtisadi siyasət yürüdə bilməməsidir.
Ölkənin diqqətinin etirazlara yönəldiyi bir vaxtda hərbi qulluqçuların xidmətdən yayınma halları davam edir. Belə ki, dörd hərbi qulluqçu müalicə olunduqdan sonra xidmətə qayıtmaqdan imtina edib.
Son vaxtlar orduda hərbi xidmətdən yayınma, fərarilik hallarında azalma əvəzinə, artma müşahidə olunur. Bu da o deməkdir ki, Ermənistan ordusunun əsgərləri psixoloji cəhətdən hərbi xidmətə hazır deyillər. Orduda hərbi xidmətdən yayınma hallarının artması təsadüfi deyil. Təcavüzkarlıq, zorakılıq və homoseksuallıq hallarının yayılması bunun başlıca səbəbidir.
Bütün bunlar onu göstərir ki, hakimiyyətin vətəndaşlar arasında artıq heç bir dayağı qalmayıb. Paşinyanın istefasını tələb edənlərin sırası gündən-günə çoxalır.
Elçin CƏFƏROV,
Azərbaycan.-2022.- 22 may.- S.8.