Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra - Dövlət Komissiyası) yaradılsın:
Komissiyanın sədri
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Naxçıvan Muxtar
Respublikasının Baş nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili
işlər nazirinin müavini
Azərbaycan Respublikası ekologiya
və təbii sərvətlər nazirinin
müavini
Azərbaycan Respublikası ədliyyə
nazirinin müavini
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Azərbaycan Respublikası müdafiə
nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidməti
rəisinin birinci müavini
Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidməti
rəisinin müavini
Azərbaycan Respublikası Xarici
Kəşfiyyat Xidməti
rəisinin müavini
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin
müavini
Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin
rəisi
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Qanunvericilik
və hüquq siyasəti şöbəsinin
sektor müdiri
Qazax
Rayon İcra Hakimiyyətinin
başçısı
Ağstafa Rayon İcra Hakimiyyətinin
başçısı
Tovuz
Rayon İcra Hakimiyyətinin
başçısı
Gədəbəy Rayon İcra Hakimiyyətinin
başçısı
Daşkəsən Rayon İcra Hakimiyyətinin
başçısı
Kəlbəcər Rayon İcra Hakimiyyətinin
başçısı
Laçın Rayon İcra Hakimiyyətinin
başçısı
Qubadlı Rayon İcra Hakimiyyətinin
başçısı
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti Dövlət Komissiyasının
Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının)
mütəxəssislərindən ibarət müntəzəm
fəaliyyət göstərəcək
ekspert qrupunun yaradılmasını təmin
etsin.
3. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2022-ci il
Azərbaycan.-2022.-
24 may.- S.1.