Baş nazir Əli Əsədov Estoniya parlamentinin sədri Yuri Ratas ilə görüşüb

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 23-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

 

Azərbaycan.-2022.- 24 may.- S.3.