İnnovativ gələcəyə aparan "TEKNOFEST"

 

 

Azərbaycan Dördüncü Sənaye İnqilabına dəstəyinin daha bir nümunəsini reallaşdırır

 

 

 

Dünən Azərbaycanda "Teknofest" festivalına start verildi. İlk dəfədir ki, Azərbaycanda keçirilən bu festival mayın 29-na qədər davam edəcək.

2018-ci ildən Türkiyənin Sənaye Texnologiya Nazirliyinin Selçuk Bayrakdarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" - T3 Vəqfinin təşkilatçılığı ilə keçirilən festivala Azərbaycan ikinci dəfədir ki, qatılır bu dəfə ev sahibi qismində

 

 

 

Dünyanın gözü Azərbaycandadır

 

 

 

"Teknofest Azərbaycan" çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Baku skills", "Yaşıl" texnologiyalar, "Pilotsuz uçuş aparatları", "Planer", "Robotexnika", "Rocket League" video oyunu üzrə Avropa çempionatı  müsabiqələri , eyni zamanda "Take Off Baku" beynəlxalq startap sammiti təşkil olunur.

Festival çərçivəsində Azərbaycan startapları da daxil olmaqla xarici yeniliklərin təqdim olunacağı "Take Off Baku" sammitinin keçirilməsində əsas məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir. Sammit Azərbaycanı regionun yeni cəlbedici innovativ məkanı kimi beynəlxalq ictimaiyyətə daha yaxından tanıdacaq.

"Teknofest-2022"nin Azərbaycanda keçirilməsi iki ölkə arasındakı qardaşlığın, müttəfiqliyin bariz nümunəsidir. Festival müxtəlif müsabiqələr, sərgilər, mədəni proqramlarla əyləncəni özündə ehtiva etməklə yanaşı, iki ölkə arasında aviasiya, kosmos texnologiya sahəsində əlaqələri möhkəmləndirir, bu sahədə fəaliyyət göstərən təşkilatların, qurumların əməkdaşlığı üçün şərait yaradır.

Ölkəmizin evsahibliyi etdiyi bu festivalın Azərbaycana qazandıracağı dividendləri dəyərləndirən siyasi ekspertlər hesab edirlər ki, bu gün  dünyanın gözü yenə Bakıdadır bu tədbir ölkəmiz üçün olduqca böyük əhəmiyyətə malikdir.

 

 

Festival hərbi iqtisadiyyatımızın güclənməsinə böyük kömək olacaq

 

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli qəzetimizə açıqlamasında deyib ki, paytaxtda keçirilən "Teknofest" festivalı dəyərli bir hadisədir.

 

Deputat qeyd edir ki, bu festival ilk dəfə olaraq Türkiyədən kənarda -Azərbaycanda keçirilir. Festivaldan əvvəl "Bayraktar Akıncı" pilotsuz uçuş aparatlarının iki min kilometrlik məsafəni qət edərək Bakıya enməsinin rəmzi mənası var. Bu onu göstərir ki, Türkiyə daim Azərbaycanla birlikdə olacaq: "Selçuk Bayrakdar da müsahibəsində dedi ki, belə texnologiyalara nail olmasaq, bunları öyrənməsək, müstəqilliyimiz daim təhlükə altında qala bilər. O qeyd etdi ki, bu festivalda texnologiyalara toxunan uşaqlar gələcəkdə həmin vasitələri idarə edə biləcəklər. Bu, çox gözəl mesajdı, yəni Azərbaycan-Türkiyə qardaşlığı inkişaf edir, bu, həm gənclərimizi əhatə edir".

Tahir Kərimli deyir ki, 4 gün davam edəcək festival dünya ölkələrinin diqqətini Azərbaycana çəkib. Hazırda Azərbaycanda hərbi sənaye getdikcə inkişaf edir. Azərbaycanın Türkiyə, İsrail və digər dövlətlərlə bu sahədə əməkdaşlığı var. Bu festival  hərbi iqtisadiyyatımızın güclənməsinə böyük kömək olacaq.

Deputat vurğulayır ki, Azərbaycanda hərbi texnikanın istehsalı getdikcə artmağa başlayır. Bu, həm Azərbaycanda hərbi sahənin möhkəmlənməsinə, həm də ixrac nəticəsində gəlir əldə etməyə imkan yaradır.

 

 

 

"Teknofest" innovativ iqtisadiyyat üçün yeni imkanlar yaradacaq

 

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da festivalın əhəmiyyətini dəyərləndirərək deyir ki, Azərbaycan regionda Dördüncü Sənaye İnqilabına dəstək verən ölkələrdəndir. Davos Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə mərkəzi məhz Bakıda yaradılıb. Bu da ondan xəbər verir ki, innovasiya, eləcə texnologiyanın transferi Azərbaycan üçün prioritetdir bu istiqamətdə ölkəmiz fəaliyyətini genişləndirir.

Deputat qeyd edir ki, "Teknofest-2022"nin ölkəmizdə keçirilməsi Azərbaycana olan xüsusi diqqətdir. Festival xüsusən texnologiya sahəsində kifayət qədər nüfuzu olan tədbirdir. Çoxlu virtual yerində izləyicilərin olduğunu nəzərə alaraq tədbir Azərbaycanın innovativ texnoloji ölkə olduğunu təqdim etməsi baxımından da vacibdir. Eyni zamanda Azərbaycan şirkətləri, startapçıları üçün həm tanışlıq, həm potensiallarını göstərmək baxımından böyük əhəmiyyət kəsb edir.

"Teknofest"in Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatı, xüsusən innovativ iqtisadiyyat üçün yeni imkanlar yaradacaq. Bu imkanlar nəticə etibarilə Azərbaycanın real sektoruna, həm texnoloji transferinə xüsusi töhfə verəcək. Buna görə festival yalnız texnoloji deyil, həmçinin Azərbaycan iqtisadiyyatının təqdimatı üçün vacib tədbirlərdən hesab olunur.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 27 may.- S.1;9.