Dünyada qaçqınların sayı 100 milyonu keçib

 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə İdarəsi (Qİİ) acınacaqlı statistika açıqlayıb:  dünyada evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı ilk dəfə olaraq 100 milyonu keçib. Bu statistikaya həm qaçqınlar, həm sığınacaq axtaranlar 53 milyondan çox məcburi köçkün daxildir.

 

 Bəşəriyyətə sülh sabitlik lazımdır

 

 Ekspertlər bu artımı Ukraynadakı xüsusi hərbi əməliyyatla digər münaqişələrlə əlaqələndirirlər. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı "həyəcan təbili" çalaraq, münaqişələrin sülh yolu ilə həlli üçün daha çox addım atmağa çağırıb.

 

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandi bildirib  ki, 100 milyon əhəmiyyətli rəqəmdir   narahatlıq doğurur: "Bu rekord bəşəriyyətə oyanış çağırışı kimi xidmət etməli, dağıdıcı münaqişələrin həlli qarşısının alınması, təqiblərə son qoyulması günahsız insanları evlərini tərk etməyə sövq edən səbəblərin aradan qaldırılması istiqamətində hərəkətlərə yol açmalıdır".

 

Xatırladaq ki, hələ ötən ilin sonunda məcburi köçkünlərin sayı dünyada 90 milyon nəfərə çatmışdı. Bu da Efiopiya, Burkina Faso, Myanma, Nigeriya, Əfqanıstan Konqo Demokratik Respublikasında vəziyyətin kəskinləşməsi ilə bağlı idi. İlin əvvəlindən Ukraynadakı münaqişə 14 milyon insanı evlərini tərk etmək məcburiyyətində qoyub: səkkiz milyon ukraynalı öz ölkələrinə sığınıb, daha altı milyona yaxın insan isə vətənini tərk edib.

100 milyon nəfər dünya əhalisinin bir faizindən çoxunu təşkil edir. Məcburi köçkünlər eyni ölkədə yaşasaydılar, bu, əhalisinın sayına görə dünyada 14-cü dövlət olardı.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandinin fikrincə, beynəlxalq ictimaiyyət Ukraynadakı müharibədən qaçan insanlara son dərəcə isti yanaşır. Bu isə o deməkdir ki, biz başqasının dərdinə şərik olmağı unutmamışıq. Dünyadakı bütün böhranlara cavab olaraq eyni səfərbərliyə ehtiyac var. Amma son nəticədə humanitar yardım müalicə deyil, müvəqqəti yardımdır. Ona görə bəşəriyyətə sülh sabitlik lazımdır.

 

2022-ci il üçün bir milyard dollardan çox vəsait vəd olunub

 

 Bir müddət əvvəl BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandi onu da bildirmişdi ki, koronavirus pandemiyası, iqlim dəyişikliyi münaqişələr zorakılıqdan ya dözülməz həyat şəraitindən xilas olmaq üçün evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla insanın vəziyyətini daha da çətinləşdirir.

 

Onun sözlərinə görə, BMT Qİİ-nin bütün dünyada gördüyü nəhəng işi qəbul edən BMT- üzv ölkələrin hökumətləri cari ildə idarəyə 1,054 milyard dollar ayırmağı vəd ediblər. 2023-cü il əməliyyatları üçün daha 808 milyon dollar vəd olunub. Bu vəsait qaçqınlara, məcburi köçkünlərə vətəndaşlığı olmayan insanlara kömək etmək üçün lazımdır.

Eyni zamanda Qrandinin dediyinə görə, çətin vəziyyəti nəzərə alsaq, hətta hökumətlər tərəfindən vəd olunan bu məbləğ kifayət etməyə bilər. Belə ki, milyonlarla insan öhdəsindən gələ bilmədiyimiz üç fəlakət - münaqişə, iqlim dəyişikliyi COVID-19 səbəbindən evlərini tərk etmək məcburiyyətindədir. Vəziyyəti dəyişmək  üçün daha qətiyyətli hərəkətlər etmək zəruridir.

BMT Qİİ-nin 2022-ci il üçün ümumi büdcəsi 8,994 milyard dollar olan qlobal sorğusuna görə, 136 ölkəyə əməliyyatlar üçün pul ayrılmalıdır. Bu məbləğin demək olar ki, yarısı Yaxın Şərq Afrikada, eləcə Əfqanıstan, Efiopiya, Myanma ya Venesuelada evlərini tərk etmiş milyonlarla insana xərclənəcək.

Qİİ ən həssas ailələri qida nağd pulla təmin edir, gender əsaslı zorakılığın qurbanlarının qarşısını alır onlara kömək edir, habelə səhiyyə xidmətlərinə çıxışı təmin edir. Bu, idarənin əməkdaşlarının gördüyü xoşməramlı işlərin heç tam siyahısı deyil. Üstəlik, ehtiyaclar durmadan artır. Məsələn, ötən il dünyada 84 milyon insan evlərini tərk etməyə məcbur olub, lakin bir il əvvəlki xərclər bu göstəricinin proqnozlaşdırıla bilən artımı nəzərə alınmaqla planlaşdırılıb.

 

 

Rizvan CƏFƏROV,

Azərbaycan.- 2022.- 25 may. S. 8.