Milli Məclisdə insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

 

Mayın 25-də Milli Məclisdə “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunmasımövzusunda beynəlxalq konfrans keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Milli Məclis, TÜRKPA Ombudsman təsisatının birgə əməkdaşlığı çərçivəsində baş tutan konfrans Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (Ombudsman) təsisatının yaradılmasının 20 illiyinə həsr edilib.

 

Əvvəlcə Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Orucun moderatorluğu ilə açılış sessiyası olub. O, sessiyanı açaraq iştirakçıları Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb tədbirin işinə uğurlar diləyib.

 

Zahid Oruc 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra türk dövlətləri parlament təmsilçilərinin ombudsmanlarının bir araya gəlməsini tək türk coğrafiyası üçün deyil, dünya miqyasında insan hüquq azadlıqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, insanların ən böyük haqqı olan doğma torpaqlarında yaşamaq, yaratmaq hüququnun gerçəkləşməsinə xidmət edən Zəfərdən sonra həm tarixi ədalət bərqərar olub, həm regionda yeni sülh arxitekturası qurulur. İnsan hüquqlarıanlayışının tarixinə toxunan komitə sədri türk dünyasında tarixən formalaşan insan haqları fəlsəfəsindən bəhs edib.

 

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsini türk dünyasını birləşdirən təhlükəsizlik platforması kimi xarakterizə edən Zahid Oruc onun insanlar arasında sülhə, birgəyaşayışa anlaşmaya xidmət etdiyini bildirib, TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının müdafiəsi ilə bağlı tezislərini səsləndirib.

 

TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er açılış nitqi söyləyərək insan hüquqlarının qorunmasını daim aktual təkmilləşən bir mövzu kimi xarakterizə edib, insan hüquqlarının qorunmasının institusional əsaslarının formalaşması təkmilləşməsi tarixinə toxunub. Baş katib TÜRKPA dövlətlərində insan hüquq azadlıqlarının təmin edilməsinin prioritet kimi qəbul olunmasından, bu sahədə beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsindən milli qanunvericiliyin təkmilləşdirilməsindən danışıb, insan hüquqlarının qorunmasında milli parlamentlərin ombudsman institutlarının rolunu vurğulayıb.

 

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva açılış nitqində iştirakçıları salamlayaraq Azərbaycanda Ombudsman təsisatının yaradılmasının əsasları, statusu əsas fəaliyyət istiqamətlərindən danışıb. Səbinə Əliyeva insan hüquqlarının müdafiəsi, eləcə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı parlamentlə əməkdaşlığın əhəmiyyətinə toxunub, bu sahədəki təcrübələrini bölüşüb.

 

Ombudsman çıxışında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması yolunda TÜRKPA-ya üzv dövlətlərin parlamentləri milli insan hüquqları institutları qarşısında dayanan çağırışlardan bəhs edib, bu kontekstdə 2022-ci il mayın 13-də Türk Dövlətlərinin Ombudsmanlar Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılmasının əhəmiyyətini vurğulayıb.

 

TÜRKPA-nın Hüquq məsələləri beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kaya çıxışında müzakirə edilən mövzunun əhəmiyyətini qeyd edib, Türkiyədə insan hüquqlarının qorunmasının konstitusion əsasları, hüquqi bazası, bu sahədə qurumların səlahiyyətləri, son 20 ildə aparılan tənzimləmələr qanunvericilikdəki təkmilləşdirmələr, Türkiyə parlamentinin bu sahədə gördüyü işlər, həyata keçirilən nəzarət fəaliyyəti haqqında məlumat verib, fikirlərini bölüşüb.

 

Sonra konfrans işini sessiyalarda davam etdirib.

 

Konfransınİnsan hüquqlarının qorunmasında parlamentlərin rolumövzusunda birinci sessiyası TÜRKPA-nın Hüquq məsələləri beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kayanın moderatorluğu ilə keçib.

 

Sessiyada Milli Məclisin deputatları TÜRKPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri - Məlahət İbrahimqızı Cavanşir Feyziyev, TÜRKPA-ya üzv ölkələrin parlamentariləri - Berik Düsembinov (Qazaxıstan Respublikası Parlamenti Məclisi), Tazabek İkramov (Qırğız Respublikası Joqorku Keneşi), Yüksel Özkan (Türkiyə Böyük Millət Məclisi) çıxış ediblər. Qonaqlar göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür ediblər, Şuşaya səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

 

Çıxışçılar 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri tarixi ədalət insan hüquqlarının bərpası kontekstində dəyərləndiriblər, öz ölkələrində insan hüquqlarının qorunması ilə bağlı mövcud vəziyyət, qanunvericilik bazası, aparılan islahatlar haqqında məlumat veriblər.

 

Sessiyaya yekun vuran Erol Kaya TÜRKPA coğrafiyasında insan hüquqlarının qorunması sahəsində belə toplantıların keçirilməsinin informasiya təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.

 

Konfransın “Ombudsman institutlarının səmərəli fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyətimövzusunda ikinci sessiyasına Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva moderatorluq edib.

 

Sessiyada Türkiyə İnsan Hüquqları Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, ombudsmanlar Elvira Azimova (Qazaxıstan), Atır Abdrahmatova (Qırğızıstan), Şeref Malkoç (Türkiyənin baş ombudsmanı), Feruza Eşmatova (Özbəkistan) çıxış ediblər. Onlar ölkələrində insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumat veriblər, mövzu ilə bağlı fikirlərini bildiriblər, bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

 

Sonra Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququnun təmini ilə bağlı videoçarx nümayiş olunub.

 

Ombudsman Səbinə Əliyeva TÜRKPA-nın komissiya sədri Erol Kaya sessiyaya yekun vuraraq faydalı müzakirələrə görə tədbir iştirakçılarına təşəkkür ediblər. Belə bir fikir ifadə olunub ki, türk dövlətlərinin ombudsman təsisatlarının birgə səyləri, qarşılıqlı bilik, təcrübə fikir mübadiləsi insan hüquqlarının daha səmərəli müdafiəsi işinə mühüm töhfələr verəcək.

 

Bununla da “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunmasımövzusunda beynəlxalq konfrans başa çatıb.

 

 

Azərbaycan.- 2022.- 26 may. S. 3.