Prezident Azərbaycan-Estoniya münasibətlərinin uğurlu inkişafında
qarşılıqlı səfərləri önəmli hesab edir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 25-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
Azərbaycanla Estoniya arasında ikitərəfli
münasibətlərin gələcəkdə
də uğurla inkişaf edəcəyinə
ümidvar olduğunu bildirərək qarşılıqlı
təmasların önəmini
qeyd etdi və bu baxımdan
Azərbaycan parlamenti sədrinin Estoniyaya, Estoniya parlamenti sədrinin isə ölkəmizə səfərinin
həm ikitərəfli
münasibətlərin, o cümlədən
parlamentlərarası əməkdaşlığın
genişlənməsinə töhfə verdiyini bildirdi.
Prezident İlham Əliyev Yuri Ratasın başçılıq
etdiyi nümayəndə
heyətinin Şuşaya
səfərinə toxunaraq
bu səfərin ermənilərin həmin ərazilərdə işğal
dövründə törətdikləri
genişmiqyaslı dağıntıları
öz gözləri ilə görmələri
baxımından çox
önəmli olduğunu
vurğuladı.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan dövlətimizin başçısı Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirdi və səfər zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatını qeyd edərək, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vacib rol oynadığını bildirdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə əlaqələrin ölkəmiz üçün önəmini qeyd edərək, bu əlaqələrin çoxşaxəli olduğunu və ənənəvi enerji sahəsindən əlavə digər istiqamətləri də əhatə etdiyini dedi və qeyd etdi ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu və Azərbaycanın Xəzəryanı dövlətlər, eləcə də Qərb istiqaməti üzrə bağlantıları Avropa ilə Asiya arasında qarşılıqlı əlaqədə çox mühüm rol oynayacaq.
Estoniya parlamentinin sədri Yuri Ratas, ilk növbədə, 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etdi, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının önəmini vurğuladı. Yuri Ratas Bakıya səfəri zamanı səmərəli və məhsuldar görüşlər keçirdiyini diqqətə çatdırdı.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2022.- 26 may.- S.2.