Azərbaycan-Türkiyə hərbi
əməkdaşlığının inkişaf
perspektivləri müzakirə edilib
Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu qeyd edərək Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib.
Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığı, bütün sahələrdə olduğu kimi hərbi sahədə də qardaş Türkiyənin göstərdiyi dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Türkiyənin milli müdafiə nazirinin müavini isə öz növbəsində Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında hərbi sahədə birgə sənayenin inkişaf etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Bakıda keçirilən “Texnofest Azərbaycan” festivalının xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Görüşdə
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının
inkişaf perspektivləri və əsas istiqamətləri
müzakirə edilib.
Azərbaycan.-2022.- 27 may.- S.7.