Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub

 

Mayın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Azərbaycan.- 2022.- 26 may.- S. 4.