Bakıda “Ənənəvi mediadan yeni mediaya
keçid: Qlobal trendlər
və hədəflər” mövzusunda dəyirmi
masa keçirilib
Mayın
26-da ADA Universitetində Medianın İnkişafı
Agentliyinin təşkilatçılığı və beynəlxalq
ekspertlərin iştirakı ilə “Ənənəvi mediadan
yeni mediaya keçid: Qlobal trendlər və hədəflər”
mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar, Türk Dövlətləri Təşkilatının mətbuat katibi Qəhrəman Halisçəlik, "Sabah" qəzetinin əməkdaşı Mahmud Övür və “Star” qəzetinin köşə yazarı Ardan Zentürk çıxış ediblər.
Dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media sahəsində aparılan islahatlar barədə danışıb. Bildirib ki, çağdaş Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması üçün bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Vurğulanıb ki, MEDİA Agentliyi çap mediasının onlayn formata keçidinin təmin edilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq müxtəlif qəzet və dərgilərin elektron versiyasının yerləşdiriləcəyi “E-köşk” platformasının yaradılması prosesini başa çatdırmışdır. İcraçı direktor bildirib ki, dövlət dəstəyinin məqsədi çap mediasının yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil, texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan rəqabət şəraitində ciddi fikir tribunası kimi qəzetlərin ayaqda qalmasına kömək göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi publisistik düşüncənin yaşamasına, eyni zamanda, cəmiyyətdə plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək göstərir.
Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalib mediasının önündə yeni vəzifələrin olduğunu bildirib, qalib medianın inkişafını təmin etməyin vacibliyini vurğulayıb.
Dəyirmi
masada müzakirəyə qatılan Türkiyədə
akkreditasiyadan keçmiş beynəlxalq media subyektlərinin təmsilçiləri
medianın müasir trendləri ilə bağlı fikirlərini
bildirib və Türkiyə təcrübəsindən
çıxış edərək rəqəmsal media
mühitinə keçidlə bağlı düşüncələrini
bölüşüblər.
Azərbaycan.-2022.- 27 may.- S.7.