Müdafiə naziri “Baykar”
şirkətinin texniki direktoru
Selçuk Bayraktarla görüşüb
Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonağı salamladıqdan sonra müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov belə görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini qeyd edib.
Görüşdə bu il “Texnofest Azərbaycan” festivalının Bakıda keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2022.- 26 may.- S.6.