“Albayrak
Media Group”un rəhbərliyi Medianın
İnkişafı Agentliyində
olub
Mayın 25-də Medianın
İnkişafı Agentliyində
“Albayrak Media Group”un rəhbəri Ömər Karaca və təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.
Medianın İnkişafı Agentliyindən
AZƏRTAC-a bildiriblər ki,
görüş zamanı
MEDİA-nın İcraçı
direktoru Əhməd İsmayılov qonaqları
Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” Qanun, bu Qanunun üstünlükləri,
eləcə də ölkədə media reyestrinin
yaradılması barədə
məlumatlandırıb. Əhməd İsmayılov
nümayəndə heyətinə
bu reyestrin fəaliyyətə başlamasından
sonra Azərbaycan media
nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, “Media haqqında” Qanuna əsasən, onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıblar.
İcraçı direktor, həmçinin türkiyəli həmkarlarını
Azərbaycanda media sahəsinin
inkişafı üçün
atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə
də digər təşəbbüslər barədə
məlumatlandırıb.
“Albayrak
Media Group”unun rəhbəri
Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına
verdiyi töhfəyə
görə Azərbaycan
tərəfinə təşəkkürünü
bildirib.
Ömər Karaca, həmçinin qeyd edib ki, iki
qardaş, dost ölkənin
media qurumları arasında
aparılan informasiya mübadiləsi hər iki tərəfin xeyrinə olacaq.
Azərbaycan.- 2022.- 26 may.- S.6.