İrəvan əhalisi
küçə aksiyalarından
bezib
Keçmiş hərbi
xunta indi də uşaqları siyasi alətə çevirir
Ermənistanda davam edən etirazlar fonunda siyasi böhran gündən-günə kəskinləşir. Bu həm də sosial-iqtisadi vəziyyətin
pisləşməsinə səbəb
olub. Müxalifət
partiyaları baş nazir Nikol Paşinyanı
hakimiyyətdən uzaqlaşdırmaq
üçün birləşsə
də, hələ ki, heç bir nəticəyə nail ola bilmirlər.
Etirazlar bütün ölkəni əhatə etmir. Bəzi iqtidar
saytları artıq insanların küçə
aksiyalarından bezdiyini
yazırlar. Erməni politoloqlarının
fikrincə, bu, ondan xəbər verir ki, hələlik
Ermənistanda baş naziri istefaya məcbur edə biləcək qüvvə
mövcud deyil.
Aksiyaların növbəti günü etirazçılar İrəvanda
prezident administrasiyasının
binasını mühasirəyə
alıblar. Hadisə yerində olan
deputat Qeqam Manukyan bildirib ki, prezident Vaaqn
Xaçaturyan öz səlahiyyətlərini yerinə
yetirmir.
Bu arada aksiyaya
azyaşlı uşaqların
cəlb edilməsi diqqət çəkib. Müxalifyönlü saytlar
bu anormal hadisəyə don geyindirməyə
çalışaraq onu
günün fotosu kimi təqdim edib. İqtidar saytları isə
körpə uşaqların
siyasi alətə çevrilməsini etirazçıların
ən son variantlara əl atması kimi qiymətləndirib.
Bütün dünyada
qəbul olunan bir qayda var
ki, heç kim sərbəst
toplaşmaq azadlığından
istifadə edib mitinq və ya yürüşlərə
körpələri gətirməməlidir.
Hətta
əksər ölkələrdə
buna görə valideynləri sərt cəza da gözləyir.
Çünki icazəsiz aksiyalar,
küçə yürüşlərinin
90 faizində hüquq-mühafizə
orqanları əməkdaşları
ilə toqquşma ehtimalı var. İrəvanda
isə bunun əksini görürük.
Bir balaca qarışıqlıq
yaransa, kütlənin
ayaqları altında qalaraq dünyasını dəyişəcək bu körpələrə görə
məsuliyyəti dövlət
yox, onu siyasi alətə çevirib foto çəkərək paylaşan
məsuliyyətsiz valideynlər
daşıyacaq. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı da ermənilər uşaqlardan öz məqsədlərinə çatmaq
üçün istifadə
edir, azyaşlıları
hərbi əmliyyatlara
cəlb edirdilər.
Ermənistan müxalifətinin "Müqavimət"
hərəkatının koordinatoru,
daşnak İxşan
Saqatelyan çıxılmaz
duruma düşüb. Yürüş zamanı jurnalist ona "artıq bir aydır ki, küçələrdə
mübarizə aparırsınız,
nə vaxt uğur qazanacaqsınız?
Bir təxmininiz varmı" sualını verib. Saqatelyan isə küçə aksiyalarının
effektivliyi barədə
ümumi ifadələr
işlətməklə sualdan
yayınmağa çalışıb:
"Biz heç vaxt
son tarix təyin etməmişik. Aksiyalara başlamazdan əvvəl
nə bir gün, nə bir həftə, nə də başqa bir tarix haqqında danışmamışıq. Amma uğura necə çatmağımız üçün
bir düstur deyirik. Həmçinin aşkar şəkildə
bəyan edirik ki, Paşinyanın daha bir gün
də hakimiyyətdə
qalması təhlükəlidir".
Bütün bunların fonunda siyasi ekspertlər hesab edirlər ki, müxalifətlə hakimiyyət arasında hansısa dialoq əsla mümkün deyil. Erməni politoloq
Vazgen Xaçaturyanın
sözlərinə görə,
hakimiyyətin vəzifəsi
təkcə polisə
və qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün
cəmiyyət iqtidara
inanmalıdır. İndi bu
inam yoxdur. Ermənistan baş naziri legitimliyini itirməyə doğru gedir. Onsuz da onun legitimliyi
yox idi. İndi o, nə xarici siyasəti, nə də daxili siyasəti müəyyənləşdirə
bilir". Politoloqun
fikrincə, siyasi partiyalar vəziyyətdən
sui-istifadə etməyə
can atmaq əvəzinə,
böhrandan çıxış
yolunu aramalıdırlar:
"Problemin həlli N.Paşinyanın mövqeyində
yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir.
Cəmiyyət isə indiki
hakimiyyətin iqtidardan
getməsini tələb
edir və bu hal Paşinyan
komandasının durumunu
daha da ağırlaşdırır".
Bu arada dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliyin
və çətinliklərin
digər ölkələrlə
müqayisədə Ermənistana
daha çox dağıdıcı təsir
göstərdiyi qeyd edilir. Xüsusən də Rusiyada
rublun məzənnəsinin
aşağı düşməsi
Ermənistan iqtisadiyyatı
üçün də
böyük fəlakət
sayılır. Əvvəlki
illərlə müqayisədə
2021-ci ildə Ermənistanda
xüsusilə ərzaq
məhsullarının qiymətlərində
11,5 faiz artım qeydə alınıb. İnflyasiya ilə yanaşı,
insanların gəlirləri
mütənasib şəkildə
artmayıb və bu, erməni əhalisini daha da yoxsullaşdırıb.
Ötən ilin inflyasiyasını
təkcə dünya bazarı deyil, həm də daxili amillər şərtləndirib. Ermənistan hökuməti
kənd təsərrüfatı
istehsalı və emalı kreditləri üzrə faiz dərəcələrinin subsidiyalaşdırılması
üçün milyardlarla
dram ayırsa da,
2021-ci ildə aqrar sektorda xeyli azalma müşahidə olunub.
Bütövlükdə bütün bunlar Ermənistanın böyük
tənəzzül yaşadığını
göstərir. Görünən
budur ki, sülh müqaviləsinin
imzalanmasının uzadılması
fonunda İrəvan üzləşdiyi problemlərdən
hələ uzun müddət xilas ola bilməyəcək.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 26 may.- S.8.