Zeynalabidin Xürrəm:
Qarabağın işğaldan azad edilməsi əməkdaşlıq əlaqələrinin
daha da genişləndirilməsi
üçün əlverişli imkanlar yaradıb
İran və Azərbaycan Respublikasının rəhbərlərinin səmərəli siyasi addımları ikitərəfli əlaqələrin inkişafını sürətləndirib və münasibətlərin perspektivi üçün daha yaxşı zəmin yaradıb.
AZƏRTAC
xəbər verir ki, bu sözləri İranın Şərqi
Azərbaycan vilayətinin valisi Zeynalabidin Xürrəm 28 May -
Müstəqillik Günü münasibətilə Təbrizdə
keçirilən mərasimdə çıxışı
zamanı deyib.
O bildirib ki, Azərbaycan və İran xalqları müştərək tarixi keçmişə, dinə, mədəniyyətə, adət-ənənələrə malikdirlər. Bu amillər dövlətlərin yaxınlaşmasını, dostluq və mehriban qonşuluq şəraitində yaşamasını zərurətə çevirib. Hər iki dövlətin prezidentləri praqmatik siyasət yürüdərək əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə çalışırlar. Dövlət başçılarının siyasi xətti regionda sülhün və əmin-amanlığın qarantıdır.
Z.Xürrəm nəzərə çatdırıb ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb.
Onun sözlərinə
görə, Qarabağın işğaldan
azad edilməsi qarşılıqlı
faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi
üçün əlverişli imkanlar yaradıb. Bu imkanlardan səmərəli istifadə edib iqtisadi, ticarət, tranzit, nəqliyyat və digər sahələrdə
əməkdaşlıq əlaqələrini artırmaq günün tələbidir.
Azərbaycan.-2022.- 27 may.- S.8.