Mərkəzi Seçki
Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər
edilməsi barədə Azərbaycan
Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 2/8
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) qüvvədə olan "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"ının 2.3-cü bəndini, "Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"ının 12-ci hissəsini, "Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"ının 10-cu hissəsini və "Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"ının 3.3-cü bəndini "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarına uyğunlaşdırmaq məqsədilə həmin struktur elementlərə dəyişiklik edilərək adıçəkilən təlimatlara əlavələr yeni redaksiyada təsdiq olunmalıdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının 2005-ci il 8 iyul tarixli 15/52 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.3-cü bənddə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 may 2006-cı il tarixli İ-51 saylı əmri ilə təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur" sözləri "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarına uyğun tərtib olunur (Təlimata əlavə)" sözləri ilə əvəz edilsin;
1.2. Həmin Təlimata əlavə yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Mərkəzi Seçki Komissiyasının 2006-cı il 24 iyun tarixli 30/122 saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:
2.1. 12-ci hissədə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 30 may tarixli İ-51 saylı əmri ilə təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına" sözləri "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarına" sözləri ilə əvəz edilsin;
2.2. Həmin Təlimata əlavə yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
3. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 30 dekabr tarixli 31/141-4 saylı Qərarı ilə təsdiq edilmiş "Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:
3.1. 10-cu hissədə "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur" sözləri "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarına uyğun tərtib olunur (Təlimata 1 saylı əlavə)" sözləri ilə əvəz edilsin;
3.2. Həmin Təlimata 1 saylı əlavə yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
4. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/40 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.3-cü bənddə "Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 15 iyul 1998-ci il tarixli İ-62 saylı əmri ilə təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur" sözləri "Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarına uyğun tərtib olunur (Təlimata 1 saylı əlavə)" sözləri ilə əvəz edilsin;
4.2. Həmin Təlimata 1 saylı əlavə yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
5. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27.05.2022
Azərbaycan.- 2022.- 28 may.- S.21.