Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 2/9

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Mahmud Balaqardaş oğlu Məmmədzadə 13 saylı Xəzər - Pirallahı, Ramil Saleh oğlu Cəfərov 59 saylı Salyan, Araz Tofiq oğlu Əhmədov 61 saylı Neftçala, Şakir Əliş oğlu Əliyev 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Elvin Təbiət oğlu Qasımzadə 13 saylı Xəzər - Pirallahı, Ruziyyə Rafael qızı Vəliyeva 39 saylı Kəpəz birinci (Gəncə), Xeyrulla Eldar oğlu Quliyev 59 saylı Salyan, Emin Sabir oğlu Lətifov 73 saylı Lənkəran şəhər, Əsgərxan İsmayıl oğlu Həsənov 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

27.05.2022

 

Azərbaycan.- 2022.- 28 may.- S.21.