Soçidə Azərbaycan Prezidenti
İlham Əliyev ilə Rusiya
Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Azərbaycan Prezidenti
İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin dedi:
- Hörmətli İlham Heydər oğlu!
Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz.
Əslində, bu görüş
Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü
ilə, özü də məhz Soçidə təşkil
edilib. Görünür, Siz Soçidə
havanın yaxşı
olacağını nəzərdə
tutmusunuz, lakin belə olmadı, payızdır. Bununla belə,
mənim fikrimcə, bu görüş əhəmiyyətlidir, vacibdir.
Mən hesab edirəm ki, bu görüşün
məqsədi bizim
2020-ci və 2021-ci illərdə
nail olduğumuz bütün
razılaşmaların yerinə
yetirilməsini təmin
etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin
nizamlanmasında nəzərəçarpacaq,
mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı
kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə
görə Sizə təşəkkür edirəm.
Bu gün
isə, əlbəttə,
bugünkü vəziyyətdə
yaranmış şərait
barədə danışmaq,
hələ həll edilməmiş məsələlərin
həlli yollarını
axtarmaq lazım gələcək. Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi
qrupu yaratmışıq,
ona baş nazirlərin müavinləri
rəhbərlik edirlər.
Bizim əvvəllər,
hələ iki il bundan
qabaq haqqında danışdığımız məsələlərin həlli
baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə
impuls vermək lazımdır. Bilirəm ki,
Azərbaycan tərəfi
bu istiqamətdə kifayət qədər fəal işləyir.
Gündəlikdəki məsələlərin əhatə
dairəsi kifayət qədər genişdir, Sizi görməyə çox şadam. Xoş gəlmisiniz.
***
Azərbaycan Prezidenti
İlham Əliyev dedi:
- Sağ olun, hörmətli Vladimir
Vladimiroviç. Dəvətə görə təşəkkür
edirəm. Yenidən görüşməyimizə
şadam. Biz Sizinlə keçən ayda da, bu
ayda da görüşmüşük,
ikitərəfli münasibətləri
kifayət qədər
ətraflı müzakirə
etmək və bu münasibətlərdə
müsbət dinamikanı
qeyd etmək imkanımız olub.
Bugünkü görüş bizim
regional məsələlərə həsr edilib. Qarabağ münaqişəsinin
nizamlanmasında oynadığınız
rola görə Sizə bir daha
təşəkkürümü bildirmək istəyirəm.
İki il
bundan əvvəl imzalanmış üçtərəfli
Bəyannamə çoxillik
münaqişəyə son qoydu. İndi Azərbaycan ilə
Ermənistan arasında
münasibətlərin normallaşması
istiqamətində danışmaq
və hərəkət
etmək vaxtı yetişib. Əlbəttə,
biz bu məsələdə
Sizin şəxsi
rolunuzu yüksək qiymətləndiririk. Bir qədər
sonra keçiriləcək
bugünkü üçtərəfli
görüş bizim
ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə
bu cür görüşlər keçirilib
və görürəm
ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın
vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin
normallaşmasının əsası
olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq
hüququn fundamental prinsipləridir
və mənim fikrimcə, bu əsasda normallaşmaya
nail olmaq mümkündür.
Qarabağ münaqişəsi artıq
tarixdə qalıb. O, iki il bundan
əvvəl həll edilib. Buna görə
də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə,
əlbəttə, çox
ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq
işində bundan sonra da şəxsən
Sizin fəal
rolunuza və Rusiyanın roluna ümid bəsləyirik. Dəvətə görə bir
daha sağ olun.
Prezident Vladimir Putin: Təşəkkür
edirəm.
Azərbaycan.- 2022.- 1 noyabr.- S.1-2.