Qətərin Baş naziri Azərbaycanın iqtisadiyyat
nazirini qəbul edib
Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Dohada səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qətərin Baş naziri bildirib ki, Dohada
Azərbaycan Ticarət Evinin fəaliyyətə
başlaması iki dost
ölkə arasında ticari əlaqələrin
inkişafında daha bir
mühüm addımdır.
Azərbaycan.-
2022.- 1 noyabr.- S.4.