Gəncədə
Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu
ildönümü qeyd olunmuşdur
Gəncədə Türkiyə
Cümhuriyyətinin elan olunmasının 99-cu
ildönümü münasibətilə tədbir
keçirilmişdir.
Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,
Türkiyənin Gəncədəki Baş konsulu Zeki
Öztürk, Gürcüstanın Gəncədəki Baş
konsulu Nikoloz İaşvili, Samux və Göygöl rayon rəhbərlərinin,
şəhər ictimaiyyəti nümayəndələrinin
iştirak etdikləri tədbir Türkiyə Cümhuriyyətinin
qurulması, eləcə də Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda həlak
olmuş şəhidlərin xatirəsinin birdəqiqəlik
sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin
Dövlət himnlərinin səsləndirilməsi ilə
başlamışdır.
Sonra Zeki Öztürk tədbir
iştirakçılarını Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Cümhuriyyətin 99-cu
ildönümü ilə əlaqədar Türkiyənin xarici
ölkələrdəki diplomatik nümayəndəliklərinə
göndərdiyi məktubun mətni ilə tanış
etmişdir. Baş konsul çıxışında türk
xalqının istiqlal mübarizəsindən, Türkiyə
Cümhuriyyətinin bugünkü inkişaf və tərəqqisindən
danışmış, Azərbaycan və Türkiyə
arasında olan tarixi dostluq, qardaşlıq münasibətlərindən
söz açmışdır.
Niyazi Bayramov isə
çıxışında 99 il ərzində Türkiyənin
böyük və şərəfli yol keçdiyini
bildirmişdir: "Bu gün Türkiyə dünyanın
siyasi xəritəsində mühüm yer tutur. Ölkələrimiz
arasındakı əlaqələr Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib
Ərdoğanın qardaşlıq və dostluq münasibətləri
əsasında gündən-günə daha da inkişaf
edir".
Çıxış edən digər
qonaqlar da Türkiyə Cümhuriyyətinin son illər
keçdiyi inkişaf yolundan, Vətən müharibəsində
Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq
dəstəyindən danışmış və əminlik
ifadə edərək demişlər ki, qardaş ölkə
bundan sonra da öz dövlətçilik ənənələrinə
və prinsiplərinə sadiq qalaraq müstəqillik,
demokratiya və iqtisadi yüksəliş yolu ilə inamla irəliləyəcək.
Tədbir Türkiyə Cümhuriyyətinin
elan edilməsinin 99-cu ildönümünə həsr olunan
videoçarxın
nümayişi və geniş konsert proqramı ilə
davam etmişdir.
Sabir
ƏLİYEV
Azərbaycan.-
2022.- 1 noyabr.- S.9.