Fələstin Dövlətinin Prezidenti zati-aliləri cənab Mahmud Abbasa

 

 

Hörmətli cənab Prezident!

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

İnanıram ki, ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə həm ikitərəfli, həm çoxtərəfli əsasda bundan sonra da uğurla inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına əmin-amanlıq firavanlıq diləyirəm. 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2022-ci il

Azərbaycan.-2022.- 16 noyabr.- S.1.