"Baş bir yana, leş bir yana"
Üçbaşlı erməni
əjdahasının təbliğat
maşını necə
çökür
Erməni mənbələrini
vərəqləyəndə görürsən ki, Rusiya, Fransa və ABŞ-dəki erməni diaspor təşkilatları "miatsum"
deyib hönkürərək
"böyük Ermənistan"
uğrunda romantik cihada çıxıblar.
Lakin o saat ortaya belə bir məzəli sual çıxır:
"böyük Ermənistan"
uğrunda necə döyüşürsüz ki,
Qafqazda ermənilərin
sayı son 30-35 ildə
3,5-4 milyondan 1,5 milyona düşüb?
Əslində, tərsinə
olmalı idi axı! Nədən sayınız üç
dəfə azaldı ki? Və nədən bütün
ermənilər "miatsum"
deyəndə Xəzərlə
Qara dəniz arasındakı ərazilərə
yox, ABŞ-yə, Fransaya və Rusiyaya axıb getdiniz?
Belə çıxır ki, erməni diasporu ilə Ermənistanı
"böyük Ermənistan"
ideyası yox, bir qədər romantik tərzdə desək, külləmə
qarın fəlsəfəsi
birləşdirir. İndiki Ermənistana diqqətlə
nəzər salanda onu dövlətdən daha çox üçbaşlı əjdahaya
bənzətmək mümkündür.
Onun bədəni Qafqazda qızdırma içində qıvrılır,
başları da
Ermənistanın hüdudlarından kənarda
- biri Rusiyada, ikincisi Fransada, üçüncüsü də
ABŞ-də nalə çəkir. Amma indi bu əjdaha
zavallı gündə,
ayaqlar altında can verir. Həm də təkcə can vermir, Ermənistan adlı olmayan ölkəni didib gəmirir. Didib gəmirir ki,
həmin olmayan ölkənin dövlətini
öz vassalına çevirsin, baxmayaraq ki, artıq erməni xalqı bu diaspor təkilatlarının
heç birinə güvənmir. Çünki sadə ermənilər, yəni siyasətdən uzaq xalq sülh
istəyir.
Erməni diaspor təşkilatları
isə yüz ildir ki, Ermənistan
dövlətini öz
qucaqlarına əyləşdirməyə
çalışırlar. Rusiya ermənilərinin
öz qaydaları var, Fransa erməniləri
daha fərqlı tərzdə əlləşir,
ABŞ erməniləri isə
etdiklərini heç
kimə deməzlər.
O üzdən bu gün Ermənistanın hayana və necə iməklədiyini anlamaq mümkün deyil. Baş nazir Nikol Azərbaycanla
sülh müqaviləsini
imzalamaq əvəzinə
iki ildir gah ABŞ-yə qaçır, gah Pelosini çağırır
ki, İrəvandan Bakıya barmaq silkələtsin, gah Parisə uçub Makronun boynuna atılır, gah da Rusiyada Ermənistanın
"təəssüb"ünü çəkən erməniləri
persona non-qrata elan edir. İndi də İranla mazaqlaşmağa başlayıb.
Bu, ona görə
belə deyil ki, Nikol siyasət
üçün naməhrəmdir.
Əksinə, bu ona görə belədir ki, Nikol, ruslar
demişkən, dələ
təkərin içində
fırlanan kimi böyük güclərin
orbitində mayallaq aşmaqdan məxsusi zövq alır.
Ermənilər uydurma erməni soyqırımını əllərində
bayraq edərək həm Türkiyəyə
təzyiq göstərməyə
çalışır, həm
də Azərbaycanda yüz illər ərzində törətdikləri
vəhşilikləri ört-basdır
etməklə yenidən
əzabkeş xalq tituluna bürünmək istəyirlər. ABŞ-lə
Fransanın birlikdə
Türkiyəyə Birinci
Dünya müharibəsindənqalma
allergiyaları olsa da, artıq Rusiya - Türkiyə münasibətləri elə
səviyyədədir ki,
Qafqazda müsəlman
və xristian dünyaları arasında
Ermənistan kimi hiyləgər sipərə
ehtiyac yoxdur.
Cəmi bir neçə gün əvvəl Paşinyan Bakı ilə ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirdi:
"…biz bunu reallaşdırmaq
üçün əlimizdən
gələni edəcəyik".
Buna baxmayaraq, Ermənistan iki ildir böyük güclərin ayağına
minnətə gedir, onları Bakıya təsir göstərməyə
çağırır, arada
hoqqa verib əks-hücuma da keçir. Amma nədənsə ağlına gəlmir ki, bir dəfə
Bakıya zəng vurub birbaşa danışıqlara başlasın.
Nəzərə almır ki,
artıq erməni xalqı da üç
nəhəng dövlətin
erməni diasporunun onun maraqlarına yox, öz bəd
niyyətlərinə xidmət
etdiklərini anlayır.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2022.- 6 noyabr.- S.17.