Prezident İlham Əliyev Tiranada “Mother Albania” abidəsini ziyarət edib

 

 

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albania” abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Məlumat verildi ki, Milli Qəhrəmanlar xiyabanında yerləşən on iki metrlik “Mother Albania” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təcəssüm etdirir. Ana heykəli əlində dəfnə çələngi ulduz tutub. Abidə üçmetrlik postament üzərində ucaldılıb. Postamentin üzərindəVətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

Sonra dövlətimizin başçısı şəhərin mənzərəsini seyr etdi.

 

Azərbaycan.-2022.- 16 noyabr.- S.4.