Azərbaycan Prezidenti
İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək
görüşü olub
Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
AZƏRTAC
xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin
inkişafından məmnunluq ifadə olundu, fəal siyasi dialoqun
həyata keçirildiyi bildirildi.
Söhbət
zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində
Azərbaycana rəsmi səfərinin əlaqələrimizin
genişləndirilməsi işində önəmi qeyd olundu. İqtisadi və enerji sahələrində
əməkdaşlığın perspektivləri barədə
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2022.- 16 noyabr.- S.4.