Baş nazir Əli Əsədov Belarusun
Baş nazirinin müavini ilə görüşüb
Noyabrın
15-də Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov ölkəmizdə səfərdə olan Belarus
Respublikasının Baş nazirinin müavini İqor
Petrişenko ilə görüşüb.
Görüşdə
Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə
münasibətlərin inkişafından məmnunluq ifadə
olunub, qarşılıqlı maraq doğuran istiqamətlər
üzrə qarşılıqlı fəaliyyətin perspektivləri
müzakirə edilib.
Azərbaycan.-2022.- 16 noyabr.- S.5.