Bakıda XVII Beynəlxalq Caz Festivalı başlayıb
Noyabrın 15-də XVII Bakı Beynəlxalq Caz Festivalı başlayıb. Festivalın açılış mərasimi
ADA Universitetində keçirilib.
AZƏRTAC
xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının Humanitar
siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
respublikanın mədəniyyət
ictimaiyyətinin nümayəndələri,
caz musiqisi həvəskarları iştirak
ediblər.
Konsertdən öncə Bakıda caz festivallarının tarixinə nəzər salınıb. Qeyd olunub ki, Bakıda ilk dəfə caz festivalı sovet dövründə -
1967-ci ildə keçirilib.
Diqqətə çatdırılıb ki,
Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına
geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət
sərgiləri və
caz mövzulu kino günləri təşkil olunur. Bu il istedadlı müasir rəssam Ramina Saadathan rəsmlər yaratdı və onları "Rəqs edən Caz" adlı layihədə birləşdirdi.
Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış
bu rəsmlərə baxa biləcəklər.
Noyabrın 17-də "QGallery"də
"Dancing Jazz" sərgisinin açılışı olacaq.
Növbəti maraqlı tədbirlərdən
biri tanınmış
kinoşünas Ülvi
Mehdinin aparıcılığı
ilə YARAT Yaradıcılıq
Mərkəzində caz
əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı ilə yadda qalacaq.
XVII Bakı Beynəlxalq
Caz Festivalının proqramı musiqi və incəsənətin
parlaq elementlərindən
yığılmış möhtəşəm
"tapmaca" olacaq və payız mövsümünü gözəl
şəkildə tamamlayacaq.
Vurğulanıb ki, XVII Bakı Beynəlxalq Caz Festivalının açılış
mərasiminin ADA Universitetində
keçirilməsi təsadüfi
deyil. ADA Universiteti
gənclərin, tələbələrin
inkişafı üçün
bir çox layihələr həyata keçirir.
Sonra festivalın
yaradıcılarından biri
olan tanınmış
cazmen, saksofon ifaçısı, Əməkdar
artist Rain Sultanov tamaşaçıları
salamlayıb, onlara gözəl axşam arzulayıb.
Açılış mərasimində çıxış
edən ADA Universitetinin
rektoru Hafiz Paşayev vurğulayıb ki, ənənəvi caz festivalının ilk dəfə
ADA Universitetində açılışı
böyük şərəfdir. Hafiz Paşayev həmçinin
caz musiqisi ilə tanışlığına
dair xatirəsini tədbir iştirakçıları
ilə bölüşüb.
ADA Universitetinin rektoru tədbirə gələn hər kəsə təşəkkürünü
bildirib.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov Bakı Beynəlxalq Caz Festivalının gözəl bir ənənəyə çevrilməsindən
söz açıb. O, builki
festivalın açılış
mərasiminin ADA Universitetində
keçirildiyi üçün
rektor Hafiz Paşayeva minnətdarlığını bildirib. Nazir qeyd edib ki, builki festivalda
gənclər üçün
xüsusi yer ayrılıb. Festival çərçivəsində onlar arasında müsabiqə də keçiriləcək. Eyni zamanda
sərgi və film nümayişi olacaq.
Bakı Beynəlxalq Caz Festivalının coğrafiyası
ildən-ilə böyüyür.
Bu il də
Almaniyadan, İsveçrədən,
İtaliyadan, İsraildən,
Braziliyadan və digər ölkələrdən
ifaçılar çıxış
edəcəklər. Əminik ki,
festival Azərbaycanda olan
caz ənənələrini
daha da inkişaf
etdirəcək.
Festivalın açılışında həmçinin
Braziliyanın Azərbaycandakı
səfiri Manuel Adalberto
Karlos Monteneqro Lopes da Kruz çıxış
edərək burada olmasından məmnunluğunu
söyləyib və tədbirin təşkilatçılarına
təşəkkürünü bildirib.
Daha sonra
"Grammy" mükafatı laureatı, isveçrəli
ifaçı Qreqori Maret konsert proqramı
ilə çıxış
edib. O, Azərbaycan musiqiçiləri
ilə eyni səhnəni bölüşüb.
Unikal layihədə Azərbaycan
tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə
təmsil edib.
Qeyd edək ki,
son onillikdə Qreqori müasir caz
dünyasının geniş spektrində unikal və cəlbedici səsə çevrilib.
Azərbaycan.-2022.- 16 noyabr.- S.11.