Antoni
Blinken İlham Əliyevə zəng edib
Noyabrın
16-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.
ABŞ
dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin sülh
müqaviləsi üzrə növbəti
danışıqlarının keçirildiyini və
ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşdırılması prosesinə
töhfə vermək əzmində olduğunu bir daha
vurğulayıb.
Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bununla belə, dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.
Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu qeyd edərək ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.
Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti
görüşün keçirilməsi və
etimad quruculuğu tədbirlərinə
dair fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2022.- 17 noyabr.- S.1.