Tarixin
yaralarına toxunmayın
Azərbaycanın Vətən savaşından sonra bölgədə Türkiyə-Azərbaycan İttifaqının söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yeni beynəlxalq güc mərkəzi kimi ortaya çıxması anti-türk qüvvələri hərəkətə gətirib.
Təəssüflər olsun
ki, bu sırada bəzi
xristian Qərb dövlətləri ilə
yanaşı, adını islam
respublikası qoyan cənub qonşumuz İran da yer alıb. Minlərlə müsəlmanı qətlə yetirən,
məscidləri murdarlayan erməni
hökuməti ilə can bir
qardaşlıq nümayiş etdirən
Tehranın parlament üzvləri etdikləri
əməllərdən xəcalət çəkmək əvəzinə
bu günlərdə tamam
əndazəni aşaraq sərsəm bəyanatlar
səsləndiriblər. Belə ki, bir qrup iranlı deputat Azərbaycan Prezidenti
İlham Əliyevin Türk
Dövlətlərinin 9-cu Sammitində Azərbaycanın
hüdudlarından kənarda yaşayan azərbaycanlıların
dil hüquqları haqqında fikirlərindən
əndişələnib. Onlar Azərbaycan
Prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, Şimali Azərbaycan ərazisinin Gülüstan müqaviləsinə əsasən
İrandan ayrıldığını səsləndiriblər.
Fars dilində tarixi səhv edən bu mandat sahibləri
siyasi normaları da pozublar. Bu kəslərə xatırladıram
ki, bu müqavilələr
nəticəsində 50 milyonluq
Azərbaycan türkü
ikiyə bölünüb.
Siz bu müqavilələrin adlarını xatırlatmaqla
güneydə yaşayan
30 milyonluq xalqın hisslərinə toxunursuz.
Həm Gülüstan,
həm də Türkmənçay müqaviləsi
imzalanandan sonra bir neçə dəfə ləğv olunub. 1921-ci ildə
sovet Rusiyası çar Rusiyasının imzaladığı bütün
müqavilələrin birtərəfli
qaydada ləğv olunduğunu elan edib. Bundan başqa, Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranması ilə bu müqavilə ləğv olunub və İran Azərbaycanın ərazisi
ilə bir yerdə onun varlığını tanıyıb.
Yeri gəlmişkən, 1919-cu ildə
Paris sülh konfransında
İran torpaq iddiası ilə çıxış edib və Avropalılar bu iddianı dilinə gətirən İran nümayəndəsini
otaqdan qovublar. Təbii ki, o müqavilə çoxdandır tarixi hadisəyə çevrilib.
Ona görə də bu gün o haqda
danışmaq siyasi hoqqabazlıqdır və yalnız daxili auditoriya üçün təbliğati əhəmiyyət
daşıya bilər.
Şimali Azərbaycan, yəni indiki Azərbaycan Respublikasının vətəndaşları
da Türkmənçay
və ya Gülüstan müqavilələrini
tarixin zorakı olayı kimi xatırlayır və unutmurlar. Çünki bu müqavilə
ilə parçalanan bizim vətənimizdir.
Tarix bütün həqiqətləri
öz yerinə qoyan ən böyük
hakimdir. Şimali Azərbaycan
öz müqəddəratını
çoxdan müəyyən
edib. Güney Azərbaycanda yaşayan
soydaşlarımız da
"Haray, haray, mən türkəm" deyərək, iranlı olmadıqlarını bildirir
və milli kimliyini dünyaya bəyan edirlər. Amma İran deyilən bir zindanda olmağı
heç farslar özləri də istəmirlər və bu gün İranda
baş verənlər
də bunun təsdiqidir. Azərbaycan Prezidentinin
fikirləri isə tam
yerində olan bir bəyanat idi. Bir necə il
öncə cənab İlham Əliyev "mən təkcə Azərbaycan Respublikasında
yaşayan xalqın yox, bütün dünyada yaşayan 50 milyon azərbaycanlının
prezidentiyəm" demişdi.
Hazırkı dövrə
kimi harada yaşamasından asılı
olmayaraq, öz vətəndaşlarının hüquqlarını qorumaq,
təhlükəsizliyini təmin
etmək üçün
qarşısında duran
vəzifələri yerinə
yetirən Azərbaycan
dövləti bundan sonra dünyanın ayrı-ayrı ölkələrində
yaşayan azərbaycanlıların
hüquqlarının müdafiəsi,
təhlükəsizliyinin təmin
olunması, milli kimliyinin qorunub saxlanması vəzifəsini
icra etməyə hazır olduğunu bəyan edir.
Yeri gəlmişkən,
Güney Azərbaycanın
bütün şəhərlərində
Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan və
üzərinə "Güney
Azərbaycan arxanızdadır,
cənab Prezident!"
yazılmış plakatlar
divarlara vurulub. Bu, millətin
ruhunun, ideyasının
və liderinin bir olduğunu təsdiqləyir!
Fəzail İBRAHİMLİ,
Milli Məclis Sədrinin müavini
Azərbaycan.-2022.- 17 noyabr.- S.4.