"Azərbaycan
Respublikasının 2022-ci il dövlət
büdcəsi haqqında" Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun
tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə" Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 12, maddə 1391; 2022,
¹ 7, maddə 725, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1867 nömrəli Fərmanı) 1-ci hissəsindəki cədvəldə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.11.6.16-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
1.11.6.16
“Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs
120,000,000.0
120,000,000.0
1.2. aşağıdakı məzmunda 1.11.6.17-ci yarımbənd əlavə edilsin:
1.11.6.17
“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması
43,000,000.0
43,000,000.0
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 noyabr 2022-ci il
Azərbaycan.-2022.- 18 noyabr.- S.3.