X.N.Əhədovun Azərbaycan
Respublikası Prezidentinin sosial-iqtisadi
məsələlər üzrə köməkçisi təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 noyabr 2022-ci il
Azərbaycan.-2022.- 18 noyabr.- S.3.