"İlham Əliyev yenə başımıza gələ biləcəklərin anonsunu verdi"

 

Azərbaycan Prezidentinin son bəyanatı Ermənistanda böyük xof yaradıb

 

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə səsləndirdiyi fikirlər Ermənistanda narahatlıq həyəcanı daha da artırıb. Söhbət Ali Baş Komandanın İrəvanın sülh müqaviləsini yubadaraq sərhəddə son aylarda törətdiyi təxribatlarla bağlı fikirlərindən gedir: "... Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə nəsə banlasalar, yenə cavablarını verərəm. Bu, məni dayandırmaz".

Prezident İlham Əliyevin bu fikirləri Ermənistanda yeni ajiotaja səbəb olub, ictimaiyyətdə böyük şok xof yaradıb. Ermənilər qeyd edirlər ki, Prezident İlham Əliyev daim verdiyi vədləri yerinə yetirib bu dəfə istisna olmayacaq. Erməni siyasi icmalçı Manvel Baqdasaryan bu fonda olduqca maraqlı mövqe sərgiləyib. Onun  sözlərinə görə, Ermənistan cəmiyyəti üçün Azərbaycan Prezidenti İlham Əliyev həmişə həqiqəti deyib. İrəvandan isə daim yanlış məlumat yayılır.

Baqdasaryan bildirib ki, söhbət əvvəllər hazırda ölkə rəhbərləri arasında baş tutan pərdəarxası danışıqlardan gedir:

"İlham Əliyevin 2016-cı ildə Rusiyada görüşdən sonra Serj Sarkisyan haqda sözlərini xatırlayaq. O zaman İlham Əliyev bildirmişdi ki, Sarkisyan ona Azərbaycan ərazilərini azad etməyi vəd edib bunun üçün ona cəmi iki həftə vaxt lazım olduğunu bildirib. O zaman hamı Azərbaycan liderinin bu sözlərini təkzib edən Sarkisyana inanmışdı, lakin bir neçə ildən sonra cəmiyyət Sarkisyanın Əliyevə verdiyi vəd barədə həqiqəti öyrəndi. Sülh müqaviləsinin imzalanmasının yubadılması İrəvanın ziyanına işləyir. Xaricdən bu işi pozmaq istəyənlər var. Ermənistanın başında duran bütün insanlar, rəhbərliyi düz danışmağı Əliyevdən öyrənməlidirlər".

Minos Levonyan adlı riyaziyyat müəllimi "Odnoklassniki" sosial şəbəkəsində İlham Əliyevin Şuşadakı tədbirdə çıxışının əks olunduğu videomateriala münasibət bildirib: "Gəlin, belə bir suala cavab tapaq. Banlamaq deyəndə Əliyev kimləri nəzərdə tutur? (Gülüş işarəsi). Aydındır ki, Fransanı. Emmanuel Makron Paşinyanla danışdığı qədər heç həyat yoldaşı ilə danışmır. Yəni Fransanın simvolu nədir? Xoruz. Əlavə şərhə ehtiyac yoxdur. İlham Əliyev indiyəcən sülhdən danışa-danışa Qarabağı bizdən geri aldı. Sıradakı hədəf haradır?".

Edvard Karapetyan instaqramda Şuşadakı Zəfər Günündən şəkil paylaşaraq qeyd edib: "Acı olsa da, reallığı İkinci Qarabağ müharibəsində gördük. Belə davam etsə, Əliyev növbəti bəyanatını Zəngəzurdan verəcək. Çünki Əliyev başımıza gələ biləcəklərin anonsunu bu dəfə verdi".

Aşot Mıxıtaryanın instaqramda çoxminlik səhifələrdən birinin "Paşinyanla iqtisadi yüksəlişə doğru" paylaşımına yazdığı rəy daha çox bəyənmə toplayıb: "Paşinyan Ermənistanı məhv edib. Satılmayan torpaq, zavod, obyekt qalmayıb. Türklər (red.azərbaycanlılar) Bakıda həlak olan əsgərlərimizin boş dəbilqələrini dünyaya göstərir, siz isə inkişafdan danışırsınız. Əziz ermənilər, mənə gülməyin. Bir gün bu xəbərlə sabahımız açıla bilər: Paşinyan Ermənistandan qaçdı!"

Serj Baqramyan  adlı birinin "Odnoklassniki"də paylaşdığı status ona yazılan rəylər çoxlu bəyənmələr toplayıb: "Dünən təsadüfən instaqramda  bir səhifədə İlham Əliyevin Şuşada hərbçilərlə çəkilən şəkillərini gördüm. Maraqla baxdım sözün əsl mənasında şok yaşadım. İlham Əliyev Paşinyana bir sözlə, "boş yerə banlama" dedi. Ermənistan rəhbərliyi son günlərdə yenidən müharibədən dəm vurur. Görünür, Bakıda parkda darmadağın olunan texnikalarımızı gözə almırlar. Elə hey deyirik müharibə, müharibə, müharibə... Abır yaxşı şeydir".

Stepan Naumyan adlı birisi "İlham Əliyev İrəvana gəlməyin yollarını axtarır. Ermənistanı parlaq gələcək yox, parlaq ölüm gözləyir" başlıqlı tvit atıb: "İlham Əliyev Bakıda park açıb, müharibədə həlak olan hərbçilərimizin boş qalan dəbilqələrini nümayiş etdirir bu, bütün dünyanın gündəm mövzusuna çevrilir. Bu gün isə bizi xoruz edib banladır. Daha doğrusu, banlasaq, başımıza gələcəklərin anonsunu verir. Paşinyan isə hakimiyyətdə qalmağın yollarını axtarır. Sarkisyan vətənimizi, zavodlarımızın yarısını oliqarxlara, yarısını da xaricilərə satıb. Paşinyan da İrəvanı satarsa, heç təəccüblənməyək".

Henrix Aşotyan  isə "Odnoklassniki"də İlham Əliyevin son bəyanatının yer aldığı paylaşımın altına belə bir şərh yazıb: "Açıq reallıq budur. Azərbaycan Prezidenti 6 il əvvəl apreldə S.Sarkisyana, iki il öncə isə Qarabağı geri almaqla Paşinyana yüksək peşəkarlığın necə olduğunu göstərdi, əsl dərs verdi. Acı həqiqət olsa da, bu gün bizi xoruz etdi, sabah da meymun edəcək. Bizim baş nazirimiz bəs cavab verəcək? Seyrçi mövqeyində qalacaq".

Miqran Petrosyan adlı istifadəçinin tviterdəki paylaşımı isə daha çox bəyənmə toplayıb: "Əliyev Qarabağı geri qaytarıb, Şuşada bayram keçirməklə isə Ermənistana gözdağı verdi. Atəşfəşanlıq Stepanakerti (Xankəndini-red.) işıqlandırdı. Xoruz kimi banlasaq, aqibətimiz bəllidir. Biz biabırçı məğlubiyyətdən sonra təlaş içərisində yaşayırıq".

Qaqik Qasparyan adlı istifadəçinin tviterdə paylaşımı da 100-dən çox "retweet" edilib. O, Xankəndidə pəncərədən çəkdiyi Şuşadakı zəfər atəşfəşanlığının videosunu paylaşaraq yazıb: "Yalanlarla dolu Ermənistan rəhbərliyi. Azərbaycanlılar Şuşada bayram edir. Sabah Stepanakertdə (Xankəndi-red.) olmayacaqlarının zəmanətini kim verə bilər? Dostum Henrix, İrəvanda kirayə evlərin qiyməti ilə maraqlan, burada qala bilmərəm. Hakimiyyətə gəlməsi üçün gecələr belə yatmadığımız, dəstək olduğumuz Paşinyan Ermənistanı məhvə aparır".

Bütün bunlar Azərbaycanın əldə etdiyi möhtəşəm Qələbənin, sülh müqaviləsinin imzalanmasını yubadan ermənilər üçün dərəcədə sarsıdıcı zərbə olduğunu bir daha aydın nümayiş etdirir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 11 noyabr.- S.11.