"İlham Əliyev yenə
başımıza gələ biləcəklərin anonsunu verdi"
Azərbaycan Prezidentinin
son bəyanatı Ermənistanda
böyük xof yaradıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada
təşkil olunan tədbirdə səsləndirdiyi
fikirlər Ermənistanda
narahatlıq və həyəcanı daha da artırıb. Söhbət
Ali Baş Komandanın
İrəvanın sülh
müqaviləsini yubadaraq
sərhəddə son aylarda
törətdiyi təxribatlarla
bağlı fikirlərindən
gedir: "... Ermənistan İkinci
Qarabağ müharibəsində
məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə
özünü belə
apara bilməz. Düzdür,
Ermənistanın bəzi
xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər.
Onların cavabını da
mən vermişəm.
Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz".
Prezident İlham Əliyevin bu fikirləri Ermənistanda yeni ajiotaja səbəb olub, ictimaiyyətdə böyük şok və xof yaradıb. Ermənilər qeyd edirlər ki, Prezident İlham
Əliyev daim verdiyi vədləri yerinə yetirib və bu dəfə
də istisna olmayacaq. Erməni siyasi icmalçı Manvel
Baqdasaryan bu fonda olduqca
maraqlı mövqe sərgiləyib. Onun sözlərinə
görə, Ermənistan
cəmiyyəti üçün
Azərbaycan Prezidenti İlham Əliyev həmişə həqiqəti
deyib. İrəvandan isə daim yanlış məlumat yayılır.
Baqdasaryan bildirib ki, söhbət əvvəllər və hazırda ölkə rəhbərləri arasında
baş tutan pərdəarxası danışıqlardan
gedir:
"İlham
Əliyevin 2016-cı ildə
Rusiyada görüşdən
sonra Serj Sarkisyan haqda sözlərini xatırlayaq. O zaman İlham Əliyev bildirmişdi ki, Sarkisyan ona Azərbaycan
ərazilərini azad etməyi vəd edib və bunun
üçün ona cəmi iki həftə
vaxt lazım olduğunu bildirib. O zaman hamı Azərbaycan liderinin bu sözlərini təkzib edən Sarkisyana inanmışdı,
lakin bir neçə ildən sonra cəmiyyət Sarkisyanın Əliyevə
verdiyi vəd barədə həqiqəti
öyrəndi. Sülh müqaviləsinin
imzalanmasının yubadılması
İrəvanın ziyanına
işləyir. Xaricdən bu
işi pozmaq istəyənlər var. Ermənistanın
başında duran bütün insanlar, rəhbərliyi düz danışmağı Əliyevdən
öyrənməlidirlər".
Minos Levonyan adlı riyaziyyat müəllimi "Odnoklassniki"
sosial şəbəkəsində
İlham Əliyevin Şuşadakı tədbirdə
çıxışının əks olunduğu videomateriala münasibət
bildirib: "Gəlin,
belə bir suala cavab tapaq.
Banlamaq deyəndə Əliyev kimləri nəzərdə
tutur? (Gülüş
işarəsi). Aydındır ki, Fransanı. Emmanuel Makron Paşinyanla
danışdığı qədər heç həyat yoldaşı ilə danışmır.
Yəni Fransanın simvolu nədir? Xoruz. Əlavə şərhə ehtiyac
yoxdur. İlham Əliyev indiyəcən
sülhdən danışa-danışa
Qarabağı bizdən
geri aldı. Sıradakı hədəf
haradır?".
Edvard Karapetyan
instaqramda Şuşadakı
Zəfər Günündən
şəkil paylaşaraq
qeyd edib: "Acı olsa da,
reallığı İkinci
Qarabağ müharibəsində
gördük. Belə davam
etsə, Əliyev növbəti bəyanatını
Zəngəzurdan verəcək.
Çünki Əliyev
başımıza gələ
biləcəklərin anonsunu
bu dəfə də verdi".
Aşot Mıxıtaryanın
instaqramda çoxminlik
səhifələrdən birinin
"Paşinyanla iqtisadi
yüksəlişə doğru"
paylaşımına yazdığı
rəy daha çox bəyənmə
toplayıb: "Paşinyan
Ermənistanı məhv
edib. Satılmayan torpaq, zavod,
obyekt qalmayıb.
Türklər (red.azərbaycanlılar) Bakıda həlak olan əsgərlərimizin
boş dəbilqələrini
dünyaya göstərir,
siz isə inkişafdan danışırsınız.
Əziz ermənilər, mənə
gülməyin. Bir
gün bu xəbərlə sabahımız
açıla bilər:
Paşinyan Ermənistandan
qaçdı!"
Serj Baqramyan adlı
birinin "Odnoklassniki"də
paylaşdığı status və ona yazılan
rəylər çoxlu
bəyənmələr toplayıb:
"Dünən təsadüfən
instaqramda bir səhifədə İlham Əliyevin Şuşada hərbçilərlə
çəkilən şəkillərini
gördüm. Maraqla baxdım
və sözün əsl mənasında şok yaşadım.
İlham Əliyev Paşinyana bir sözlə, "boş yerə banlama" dedi. Ermənistan rəhbərliyi son günlərdə yenidən
müharibədən dəm
vurur. Görünür, Bakıda parkda
darmadağın olunan
texnikalarımızı gözə
almırlar. Elə
hey deyirik müharibə,
müharibə, müharibə...
Abır yaxşı şeydir".
Stepan Naumyan adlı birisi "İlham Əliyev İrəvana gəlməyin
yollarını axtarır.
Ermənistanı parlaq
gələcək yox,
parlaq ölüm gözləyir" başlıqlı
tvit atıb: "İlham Əliyev Bakıda park açıb,
müharibədə həlak
olan hərbçilərimizin
boş qalan dəbilqələrini nümayiş
etdirir və bu, bütün dünyanın gündəm
mövzusuna çevrilir.
Bu gün isə
bizi xoruz edib banladır. Daha doğrusu, banlasaq, başımıza gələcəklərin
anonsunu verir. Paşinyan isə hakimiyyətdə qalmağın yollarını
axtarır. Sarkisyan vətənimizi,
zavodlarımızın yarısını
oliqarxlara, yarısını
da xaricilərə satıb. Paşinyan da İrəvanı
satarsa, heç təəccüblənməyək".
Henrix Aşotyan isə
"Odnoklassniki"də İlham
Əliyevin son bəyanatının
yer aldığı paylaşımın altına
belə bir şərh yazıb: "Açıq reallıq budur. Azərbaycan Prezidenti 6 il
əvvəl apreldə
S.Sarkisyana, iki il öncə isə Qarabağı geri almaqla Paşinyana
yüksək peşəkarlığın
necə olduğunu göstərdi, əsl dərs verdi. Acı həqiqət olsa da, bu
gün bizi xoruz etdi, sabah da meymun edəcək. Bizim baş nazirimiz bəs nə cavab verəcək? Seyrçi mövqeyində qalacaq".
Miqran Petrosyan
adlı istifadəçinin
tviterdəki paylaşımı
isə daha çox bəyənmə
toplayıb: "Əliyev
Qarabağı geri qaytarıb, Şuşada bayram keçirməklə
isə Ermənistana gözdağı verdi. Atəşfəşanlıq Stepanakerti (Xankəndini-red.)
işıqlandırdı. Xoruz kimi banlasaq, aqibətimiz bəllidir.
Biz biabırçı məğlubiyyətdən sonra
təlaş içərisində
yaşayırıq".
Qaqik Qasparyan adlı istifadəçinin
tviterdə paylaşımı
da 100-dən çox
"retweet" edilib. O, Xankəndidə pəncərədən çəkdiyi
Şuşadakı zəfər
atəşfəşanlığının
videosunu paylaşaraq yazıb: "Yalanlarla dolu Ermənistan rəhbərliyi. Azərbaycanlılar Şuşada bayram
edir. Sabah Stepanakertdə
(Xankəndi-red.) olmayacaqlarının
zəmanətini kim verə bilər? Dostum Henrix, İrəvanda kirayə evlərin qiyməti ilə maraqlan, burada qala bilmərəm. Hakimiyyətə gəlməsi üçün
gecələr belə
yatmadığımız, dəstək
olduğumuz Paşinyan
Ermənistanı məhvə
aparır".
Bütün bunlar Azərbaycanın əldə etdiyi möhtəşəm Qələbənin,
sülh müqaviləsinin
imzalanmasını yubadan
ermənilər üçün
nə dərəcədə
sarsıdıcı zərbə
olduğunu bir daha aydın nümayiş etdirir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2022.- 11 noyabr.- S.11.