"Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin
Müşahidə Şurasının tərkibinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 62; 2022, № 2, maddə 141) birinci hissəsinə "Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini" sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Anar Axundov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 noyabr 2022-ci il
Azərbaycan.-2022.- 18 noyabr.- S.3.