Azərbaycanın dünəni, bu günü və gələcəyinin partiyası

 

YAP - 30

 

Hər bir xalqın tarixində onun taleyini kökündən dəyişdirən keçid dönəmləri olur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin qayıdışı müasir tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Müstəqil dövlətçiliyimizi, onun möhtəşəm inkişafını və qüdrətinin artmasını Ulu Öndərin titanik fəaliyyətindən, həyatımızı dəyişdirməyə qadir olan ideyalarından, bu ideyaları ümumiləşmiş şəkildə özündə ehtiva edən Yeni Azərbaycan Partiyasından ayrılıqda təsəvvür etmək mümkün deyildir. Yaranmasının 30 illiyinin böyük təntənə ilə qeyd edilməsi ölkəmizin tarixində və xalqımızın taleyində Yeni Azərbaycan Partiyasının əzəmətli rolunun aydın ifadəsidir.

 

 

 

Azərbaycanın xilası və xilaskarı

 

 

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin süqutu nəticəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın taleyüklü ehtiyacları iki kəlmədə ifadə olunurdu: xilasxilaskar. Bu gün dayanıqlı sabitliyi, hərtərəfli inkişafı, iqtisadi qüdrəti və güclü dövlətçiliyi ilə fərqlənən Azərbaycanın çox da uzaqda olmayan keçmişini çarəsizliyin və çıxılmazlığın sinonimləri olan hər iki kəlmənin ifadə etdiyinə inanmaq çətindir, lakin onun tarixi həqiqət olduğunu inkar etmək mümkün deyil. Təsadüfdənmi, yoxsa taleyin acı seçimi sayəsində, ölkəmizin dövlət müstəqilliyinin ilk illərində Sovet imperiyasının dağılmasının yaratdığı qaçılması mümkün olmayan ziddiyyətlər və iqtisadi sarsıntılar, hər cür fürsətdən faydalanmağa adət etmiş erməni millətçilərinin başladığı işğalçı müharibə, habelə o zamankı iqtidarın bacarıqsızlığı və qətiyyətsizliyi vəziyyəti dözülməz böhran həddinə çatdırmışdı. Siyasi sabitlik tamamilə pozulmuş, fasiləsiz hakimiyyət dəyişiklikləri adi hal almışdı. Hər növbəti hakimiyyət dəyişikliyi vəziyyətin daha da ağırlaşmasına, iqtisadi böhranın dərinləşməsinə, erməni işğalının ölkənin dərinliklərinə doğru irəliləməsinə səbəb olurdu. Ölkədə gərginliyin süni surətdə artırılması, böhranın dərinləşdirilməsi, milli birliyin sarsıdılması hakimiyyət uğrunda mübarizədə siyasətçilərin ən çox istifadə etdiyi vasitələr idi. Siyasi böhranı dərinləşdirmək və hakimiyyətə sahib olmaq naminə cəbhədə vəziyyəti gərginləşdirmək, müxtəlif hərbi xəyanətlər törətmək kimi çirkin əməllərdən çəkinməyənlər belə yox deyildi.

Azərbaycan vətəndaşları obyektiv reallıqların və bacarıqsız rəhbərliyin yaratdığı sosial-iqtisadi və hərbi-siyasi böhranın bütün əziyyətini çəkməyə məhkum edilmişdilər. Çoxsaylı fabrik və zavodların, istehsal və xidmət müəssisələrinin fəaliyyətinin dayandırılması nəticəsində yüz minlərlə insanın işsizlər ordusuna çevrilərək küçələrə axışması siyasi korafəhimliyin və uğursuz rəhbərliyin ən acınacaqlı, eyni zamanda ən təhlükəli mənzərəsi hesab olunmalıdır. Ölkəni bürüyən sonrakı böhranların və siyasi sabitliyin pozulmasının kökü ilk növbədə bunda axtarılmalıdır. Etiraf etmək lazımdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərinin mirası olan kütləvi işsizliyin iqtisadiyyatabütün iqtisadi münasibətlərə ağır zərbəsindən ölkə uzun illər xilas ola bilmədi. Acınacaqlı nəticə budur ki, Azərbaycanın uzun illər boyu yaradılan sənaye potensialı bütünlüklə məhv edildionun yenidən qurulmasına onillərlə vaxt, milyardlarla sərmayə sərf edilir. 

Sosial böhran, əhalinin həyat səviyyəsinin kəskin surətdə pisləşməsi hiperinflyasiya ilə müşayiət olunmaqdaydı. Kütləvi işsizliyin tüğyan etdiyi bir ölkədə inflyasiyanın ötən əsrin 90-cı illərinin əvvəllərində 1600 faizə çatmasını təsəvvür etmək və anlamaq heç də çətin deyil. Milyonlarla insanın taleyin hökmünə buraxılması yaşamaq uğrunda mübarizəni sosial fəaliyyətin əsas forması həddinə yüksəltmiş, bu isə öz növbəsində siyasətçilərin asanlıqla istismar etdiyi ucuz siyasi kütlənin meydana gəlməsinə şərait yaratmışdı. Beləliklə, dövlətin insanın gözündə mənası və əhəmiyyəti tədricən əriyib yox olurdu.

Total böhranın digər acı mənzərəsini erməni təcavüzü, işğal olunan şəhərlər və kəndlər, yüz minlərlə qaçqın ordusu yaradan etnik təmizləmə, uğursuz müharibənin minlərlə qurbanının yaratdığı mənəvi-psixoloji gərginlik təşkil edirdi. Cənubda və şimalda genişlənən separatizm erməni işğalı ilə birlikdə ölkənin nəinki ərazi bütövlüyünə, həm də mövcudluğuna real təhlükənin miqyasından xəbər verirdi. Lakin bu qədər təhdidlər fonunda insanlar dövlətçiliyə və müstəqilliyə ən böyük təhlükənin mənbəyini hakimiyyəti ələ keçirmiş xalq cəbhəsi iqtidarının bacarıqsızlığı, qətiyyətsizliyi, əhali arasında etimadını tamam itirməsində görürdü. Hakimiyyət dövlətin ərazilərini və bütövlüyünü qoruya bilmədiyi kimi, xalqın təhlükəsizliyi və rifahının təminatı ilə əlaqədar vəzifələrini də yerinə yetirmək imkanlarından məhrum idi. İnsanlar aydın şəkildə dərk edirdilər ki, onlara xilasxilaskar lazımdır.

Xilasın yolunu və xilaskarı axtarmağa, əslində, böyük ehtiyac yox idi. Xilasın başlıca yolunu xalq cəbhəsi hakimiyyətini qovmaqda görən əhali xilaskar qismində Heydər Əliyevi tanıyır və bütünlüklə qəbul edirdi. Etiraf etmək yerinə düşər ki, Azərbaycan xalqı tarixinin ən keşməkeşli dövründə hər iki məsələni uğurla həll etməyə müvəffəq oldu: cəmi birillik hakimiyyəti sayəsində böyük bəlalar və təhlükələr yaradan xalq cəbhəsi hakimiyyəti xalqın öz iradəsi sayəsində devrildi və Azərbaycanın xilaskarı Heydər Əliyev hakimiyyətə dəvət edildi. Ulu Öndərin tarixi qayıdışının Milli Qurtuluş Günü kimi qeyd edilməsi xalqın 1993-cü ilin iyun ayında təsadüf edən seçiminə bəslədiyi ümidlərinin özünü bütünlüklə doğrultduğunun parlaq ifadəsidir.

Azərbaycan xalqının Heydər Əliyevin qayıdışı ilə bağlı bütün gözləntiləri qısa vaxtda ölkəmizin yeni reallıqları kimi özünü təsdiq etdi. Separatizmin kökü kəsildi, siyasi böhran, xaosanarxiya dəf edildi, erməni təcavüzünün ölkənin dərinliklərinə irəliləməsinin qarşısı alındı, iqtisadi böhransosial təlatümlərin miqyasının ciddi şəkildə azaldılması mümkün oldu, xalqın dövlətə etimadı, insanların öz gələcəyinə inamı bərpa edildi. Tariximizin yeni səhifəsi - xilaskarlıq səhifəsi yazıldı, Heydər Əliyevin xilaskarlıq missiyası növbəti tarixi fenomen statusu qazandı.

Ulu Öndərin xilaskarlıq missiyasını onun siyasi taleyinin ayrılmaz tərkib hissəsi kimi qavranılan və qiymətləndirilən Yeni Azərbaycan Partiyasından kənarda təsəvvür etmək mümkün deyil. Əslində, Yeni Azərbaycan Partiyası çoxpartiyalılığın artıq qərarlaşdığı Azərbaycanın siyasi mühitinə Heydər Əliyevin bəxş etdiyi yeni siyasi fenomen sayılmalıdır. Onun təsis edilməsi on minlərlə insan tərəfindən xilaskarlıq missiyasının başlanğıcı, Heydər Əliyevin ətrafında birləşərək Azərbaycanın böhrandan xilas olmasına öz töhfəsini vermək şansı kimi qiymətləndirilirdi. Heydər Əliyev şəxsiyyətinə vətəndaşların hədsiz etimad və inamının aydın ifadəsi olan Yeni Azərbaycan Partiyası 30 ildir onun ölməz ideyaları əsasında dövlətə sədaqətlə xidmət göstərir, ölkəmizin möhtəşəm inkişafı naminə sarsılmaz birlik nümayiş etdirir.

 

 

 

Azərbaycanın müstəqil dövlətçilik məfkurəsi

 

 

 

Yeni Azərbaycan Partiyasının ideoloji sistemi onun mövcudluğunun ilk dövründə Heydər Əliyevin siyasi doktrinasının əsasını təşkil edən "Müstəqil Azərbaycan uğrunda" şüarında əksini tapırdı. Dövlət müstəqilliyini yenicə bərpa etmiş bir xalqın həyat fəlsəfəsininsiyasi ideologiyasının başlıca hədəfini fərqli şəkildə təsəvvür etmək mümkün deyil. Bu mənada Yeni Azərbaycan Partiyasının özündə ehtiva etdiyi ideyalar mahiyyət etibarilə Azərbaycanın müstəqil dövlətçilik məfkurəsi keyfiyyətində qavranılır.

Ulu Öndərin "müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir" sözlərində ifadə olunan yanaşması onun və yaratdığı partiyanın ideya məfkurəsinin nəinki məqsədini, eyni zamanda formasını dərk etməkdə açar rolunu oynayır. Heydər Əliyev və onun partiyası özlərinin tarixi missiyasını müstəqil Azərbaycan dövlətini qurmaqda gördüyündən bütün səylərini həmin vəzifənin yerinə yetirilməsinə yönəltmişdilər.

Müstəqil dövlətçilik məfkurəsi Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərinə istinadən bir-birini tamamlayanbiri digərini şərtləndirən silsilə sosial-iqtisadi, siyasi və mənəvi-ideoloji hədəflərə xidmət göstərən siyasətin həyata keçirilməsini nəzərdə tutur. Yeni, müstəqil Azərbaycanın ideoloji əsasları ümumiləşmiş şəkildə azərbaycançılıq məfkurəsində əksini tapır və yeni cəmiyyət quruculuğunun bütün sferalarını əhatə edir. Xaos və anarxiyanın, separatçılıq meyillərinin aradan qaldırılması, iqtisadi tənəzzülün və onu müşayiət edən hiperinflyasiyanın cilovlanması, erməni təcavüzünə qarşı layiqli müqavimətin təşkil edilməsi müstəqil dövlət quruculuğunun təxirəsalınmaz vəzifələri olaraq qarşıda dururdu. Əhali Heydər Əliyevin tarixi qayıdışından və onun rəhbərliyi altında ölkənin siyasi səhnəsinə qədəm qoyan Yeni Azərbaycan Partiyasından ilk növbədə bu vəzifələrin yerinə yetirilməsini gözləyirdi. Eyni zamanda onu da vurğulamağa dəyər ki, sadalanan hədəflərin dəf edilməsi sanki bir sınaq testi kimi nəzərdən keçirilir, ölkənin gələcək taleyi onun uğurları ilə uzlaşdırılırdı. Heydər Əliyev tərəfindən əsası qoyulanbu günün özündə də Azərbaycana ləyaqətlə xidmət göstərən hakimiyyətin uğurlarının kökündə xalqın etimadını bütünlüklə doğrultması və bu əsasda yaradılan möhkəm fundamentin dayandığı etiraf edilməlidir. Yeni iqtidarın siyasəti yığılıb qalmış problemlərin uğurla həllindən daha çox bəlkə də ölkənin gələcək taleyini müəyyən edən siyasi konsepsiya kimi qavranılmağa başlamışdı. İnsanlar total böhranın ən təhlükəli təzahürlərinin qısa zaman içərisində uğurla həllinin arxasında ölkəni və hər bir vətəndaşı gözləyən yeni həyatın aydın parametrlərini görür, onun gerçəyə çevriləcəyinə inamlarını ifadə edirdilər. Deməli, Heydər Əliyev və onun partiyası cəmiyyəti problemləri həll etməyə qadir olan real siyasətə və onun nəticələrinə inandırmağa nail olmaqla yanaşı, həm də gələcək inkişafın məfkurə əsaslarını təqdim edə bilmişdilər. Yaşadıqları problemlərin və qeyri-müəyyən gələcəyin ağırlığı altında əzilən xalqın uzunmüddətli etimadını və dəstəyini qazanmağın daha uğurlu formasını təsəvvür etmək mümkün deyil. Görünür, Heydər Əliyevin və 2003-cü ildən başlayaraq

İlham Əliyevin çoxşaxəli islahatlarının insanlar tərəfindən birmənalı şəkildə, qətiyyətlə dəstəklənməsinin, habelə bütün bu dövrlər ərzində taleyimizi müşayiət edən möhtəşəm nailiyyət və qələbələrin əsas səbəblərindən biri ilk növbədə burada axtarılmalıdır.

1994-cü ildə iqtisadiyyatı hələ dərin iqtisadi böhranın məngənəsindən xilas olmamış, Ermənistanın işğalçı təcavüzü səbəbindən qeyri-sabit biznes mühitinə sahib olan Azərbaycanda çoxmilyardlıq sərmayələr tələb edən "Əsrin neft müqaviləsi"nin imzalanması deyilənin təkzibedilməz sübutu sayıla bilər. Yatırılacaq sərmayələrə aydın və kifayət qədər ciddi risklərin olmasına rəğmən dünyanın ən tanınmış şirkətlərinin çoxlarının uğuruna şübhə ilə yanaşdığı neft müqaviləsinə imza atması Heydər Əliyevə, onun Azərbaycanın qalibiyyətli transformasiyası siyasətinə inamının parlaq ifadəsidir. Başqa sözlə desək, azərbaycançılıq ideologiyasında özünün əksini tapan müstəqil dövlətçilik məfkurəsi artıq həmin zamandan etibarən daxili etimad parametrləri ilə yanaşı, qlobal inam səciyyəsi də kəsb edirdi.

Müstəqil dövlətçilik məfkurəsinin iki fundamental əsasını siyasiiqtisadi islahatlar təşkil edir. Göstərilən sahələrdə islahatların həyata keçirilməsi həm idarəetmə sahəsində və iqtisadiyyatda müşahidə olunan dərin böhranın aradan qaldırılması, həm də yeni, demokratik və müstəqil cəmiyyətin iqtisadisiyasi əsaslarını yaratmaq kimi təxirəsalınmaz vəzifələrin uğurla həyata keçirilməsini nəzərdə tuturdu. Azərbaycanın 1995-ci ildə qəbul olunan yeni Konstitusiyası ölkəmizdə demokratik dəyər və prinsipləri təsbit edərək ölkənin yeni siyasi sisteminibununla birlikdə müstəqil dövlətçiliyin siyasi-hüquqi əsaslarını yaratmaq istiqamətində atılan ən mühüm addım oldu. Elə həmin ildə keçirilən parlament seçkilərini yeni Konstitusiyanın  onun yaratdığı hüquqi-siyasi sistemin birinci aprobasiyası adlandırmaq mümkündür. Azərbaycan Respublikasının yeni Konstitusiyası və parlamenti - Milli Məclisi müstəqil dövlətçiliyin siyasi əsaslarını - siyasi demokratiyanı və plüralizmi, hakimiyyətin bölünməsi prinsipini və digər atributlarını formalaşdırdı, siyasi azadlıqların təmin edilməsinə etibarlı zəmin hazırladı.

Müstəqil dövlətçiliyin qəti şəkildə qərarlaşması onun iqtisadi əsaslarının yaradılmasından kənarda təsəvvür edilə bilməz. Bu səbəbdən Azərbaycanın yeni milli iqtisadiyyatının yaradılması Heydər Əliyevin və onun partiyasının müstəqil dövlətçilik konsepsiyasının ayrılmaz tərkib hissəsi hesab edilir. Növbədə siyasi azadlıqların təsbit edilməsi ilə yanaşı, iqtisadi azadlıqların təmin edilməsi, dövlətin iqtisadi müstəqilliyinin əsaslarının yaradılması, iqtisadi böhranı aradan qaldırmağa, insanların rifahını yaxşılaşdırmağa, işsizliyi azaltmağa imkan verən iqtisadi sistemin formalaşdırılması kimi təxirəsalınmaz, eyni zamanda kifayət qədər mürəkkəb vəzifələr dayanırdı.

Bir yandan uzun sürən totalitar sovet iqtisadi sistemininonun yaratdığı vərdişlərin qalıqları, digər yandan isə müstəqilliyin ilk illərinin iqtisadi böhranının acı mənzərəsi fonunda haqqında söhbət açılan vəzifələrin ağırlığını təsəvvür etmək çətin deyildir. Bu baxımdan müstəqil dövlət quruculuğu mərhələsində ölkənin kifayət qədər cəsarətli transformasiyasının aydın konsepsiyasının yaradılması və onun uğurlu aprobasiyası Heydər Əliyev şəxsiyyətinin tarixi miqyaslarının növbəti təsdiqi sayıla bilər və güman edirəm ki, bütün xarici ekspertlər tərəfindən məhz belə sayılır. Xalqın qənaətinə gəldikdə isə, əvvəldə qeyd edildiyi kimi, əhalinin əksəriyyətinin Ulu Öndərin iqtisadi islahatlarını dəstəkləməsi onun şəxsiyyətinə dərin inamın aydın ifadəsindən başqa bir şey deyildir.

İqtisadi azadlığın hüquqi əsaslarının yaradılması, azad bazar münasibətlərinə keçidin təmin edilməsi, torpaq islahatlarının və geniş özəlləşdirmə siyasətinin həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin etibarlı iqtisadi əsaslarının yaradılmasının tam mənzərəsini təşkil edən addımların yalnız bir hissəsidir.

Milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti təsisatlarının inkişaf etdirilməsi, mənəvi dəyərlər sisteminin qorunub saxlanılmasına dövlət dəstəyinin gücləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin yenidən qurulması və sair amillər ölkəmizdə müstəqil dövlətçilik məfkurəsinin digər tərkib hissələrini təşkil edir. Məcmu halında bütün sadalananlar Heydər Əliyevin rəhbərliyi altında müstəqil dövlət quruculuğunun təntənəsini təmin etdi. Ulu Öndər həmişə müstəqil Azərbaycan dövlətinin memarı olması ilə qürur duyurdu. Azərbaycan xalqı da müstəqil dövlətimizi bu dahi şəxsiyyətin şah əsəri hesab edir. Düşünürəm ki, tariximizin son 30 ilinin ən mühüm həqiqətlərindən biri insanların bu qənaətində əks olunmaqdadır.

 

 

 

Yeni dövrün yeni hədəfləri və yeni Lideri

 

 

 

Azərbaycan XXI əsrə qərarlaşmış müstəqil dövlət, inkişaf etməkdə olan iqtisadiyyat, uğurla reallaşan neft strategiyası və onun vacib qolu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasının başa çatması kimi möhtəşəm uğurların yaratdığı gözləntilərlə daxil olmuşdu. Ölkənin yeni hədəflərin dəf edilməsini nəzərdə tutan inkişaf mərhələsinə daxil olmağa hazırlaşdığını aydın şəkildə göstərən əlamətlər göz önündə idi. 2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi əvvəlki illərin nailiyyətləri üzərində daha iddialı hədəflərin irəli sürülməsinin sanki generatoru rolunu oynadı. İlham Əliyevin seçkiqabağı proqramı növbəti 5 ilin böyük layihələr, cəsarətli addımlar mərhələsi olacağına heç bir şübhə yeri qoymurdu. Onun "Mən hamı üçün yaxşı Prezident olacağam" bəyanatı, odövrkü Azərbaycanın xarakterik mənzərəsinin ayrılmaz elementi olan çadır şəhərciklərinin ləğv edilməsi, 5 il ərzində 600 min yeni yerinin yaradılması barədə vədləri yeni dövrün yeni hədəflərinin, eləcə də yeni Liderinin ən gözəl təqdimatı hesab olunmağa layiqdir. Həyata keçirilməsi səmimi istəklə yanaşı, ciddi maliyyə əsasları tələb edən xatırlatdığımız tarixi miqyas kəsb edən layihələrin bəyan edilməsini sadəcə olaraq seçki vədi kimi qiymətləndirmək ədalətli olmazdı. Seçkidən sonrakı illərin təcrübəsi İlham Əliyevin o dövrün reallıqları şəraitində ifrat  iddialı təəssürat yaradan seçki proqramının arxasında xalis realistpraqmatik yanaşmanın dayandığını aşkara çıxardı. Ölkə Ulu Öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyinin məhsulu olan neft strategiyasının praktik dividendlərini - böyük neft pullarını qəbul etməyə hazırlaşırdı. Dünya bazarında neft qiymətlərinin konyunkturasında durmadan baş verən artımlar neft strategiyasının həyata keçirilməsindən Azərbaycanın gözlədiyi payın həcmini günbəgün artırmaqda idi. Ölkənin inkişafı, iqtisadiyyatın dirçəlməsi, rifahın yüksəldilməsi, eləcə də siyasi hakimiyyətin mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmək qüdrətində əzəmətli layihələrin uğurla həyata keçirilməsi üçün daha gözəl fürsət təsəvvür edilə bilməzdi. Ümummilli Liderin müəyyənləşdirdiyi müstəqil Azərbaycan dövlətçiliyi məfkurəsinin yeni tarixi şəraitdə inkişaf etdirilməsi və müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi məfkurəsinə transformasiyasına unikal imkan meydana gəlmişdi. Məmnuniyyət hissi ilə qeyd etməyə dəyər ki, Prezident İlham Əliyev bu tarixi məqamın mahiyyətlərini bütün dərinliyi ilə dərk edərək Heydər Əliyevin ideyalarını məharətlə müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirməyə müvəffəq oldu.

İlham Əliyevin prezidentliyinin ilk on ili Azərbaycanın yeni inkişaf mərhələsinin özünüifadə və özünütəsdiq mərhələsi kimi tariximizə daxil olmuşdur. Ölkəmizin dünyanın ən dinamik iqtisadiyyatı, ən uğurlu gənc dövləti statusunun beynəlxalq səviyyədə birmənalı şəkildə və qətiyyətlə etiraf edilməsi bu dövrə aiddir, bu dövrün əzəmətli nailiyyəti olaraq tariximizin parlaq səhifəsini təşkil edir.

İlham Əliyevin prezidentliyi illərində Azərbaycanın həyatımızın çox müxtəlif sahələrində qazanılan möhtəşəm uğur və nailiyyətlərinin siyahısının onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində səsləndirdiyi proqramından əhəmiyyətli dərəcədə geniş və əhatəli olması diqqəti xüsusilə cəlb etməkdədir. Düşünürəm ki, insanlar ölkəmizin yeni inkişaf konsepsiyasının ildən-ilə təkmilləşdiyinin və daha cəsarətli hədəflərlə zənginləşdiyinin fərqindədirlər. Çadır şəhərciklərinin ləğv edilməsi tikinti sektorunun inkişafına, yeni yerlərinin yaradılması bəyanatına uyğun olaraq iki milyona yaxın yerinin açılması isə iqtisadiyyatın yüksəlişinə, rifahın artmasına təsir etməklə, əslində, ümumi yüksəlişin lokomotivi funksiyasını öz üzərinə götürdü. Ümumi inkişaf məntiqi və məfkurəsi yeni ideyaların və layihələrin meydana gəlməsinə təkan verirdi və belə uğurlu layihələrdən biri də ölkəmizin hərtərəfli müasirləşməsinə və yüksəlişinə həlledici töhfə verən regionların sosial-iqtisadi inkişafı proqramı sayılmaqdadır.

Azərbaycanın müasirləşməsi, simasının dəyişməsi, dünyanın sürətlə modernləşən, ən çox uğurlu islahatların keçirildiyi ölkə imicini qazanması Prezident İlham Əliyevin reallaşdırdığı siyasətin, ümumiyyətlə desək, onun hakimiyyətinin ən vacib nailiyyətləri sırasında layiqli yerlərdən birini tutmaq haqqına sahibdir. Bakını dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıdan müasir simasında, regionların yenidən qurulmasında və inkişafında Ulu Öndərin uzaqgörənliklə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" və "Vaxt gələcək Qara şəhər şəhərə çevriləcək" arzularının həyatda öz təsdiqini tapdığını görməmək mümkün deyil.

Heydər Əliyevin Prezident İlham Əliyev tərəfindən müasir şəraitdə yaradıcılıqla inkişaf etdirdiyi və zənginləşdirdiyi milli inkişaf strategiyasında yer tutan hədəflər sırasında ölkənin beynəlxalq imicinin yüksəldilməsi, qlobal iştirakçılığının daha da fəallaşması vəzifələri həlledici əhəmiyyət kəsb etməkdədir. Bu sahədə əldə olunan uğurların qeyri-adi miqyası öz ifadəsini Azərbaycanı qısa zaman içərisində ən fəal regional iştirakçıya çevrilməsində tapır. Heydər Əliyevin neft strategiyası yeni şəraitə və tələblərə uyğun olaraq inkişaf etdirilmiş və hazırda Avropanın neftqaz təchizatının ən vacib mənbələrindən biri kimi böyük qlobal miqyassiyasi məna kəsb etmişdir. Müasir dövrün ən qlobal problemləri sırasında ön pilləyə yüksələn beynəlxalq enerji təhlükəsizliyi xəritəsində ölkəmizin mövqelərinin güclənməsi bütün çılpaqlığı ilə müşahidə olunmaqdadır. Lakin Azərbaycanın qlobal iştirakçılıqda artan xüsusi çəkisi təkcə bununla bitmir. Onun kommunikasiya təşəbbüslərinin regionun və dünyanın müasir yol-nəqliyyat xəritəsinin formalaşmasına təsiri heçaz əhəmiyyətli deyildir. Yeni qlobal kommunikasiya xəritəsini Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" kommunikasiya koridorlarının yaradılması ilə bağlı təşəbbüslərindən kənarda təsəvvür etmək çətindir.

Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində onun siyasi iştirakçılığının ayrıca rolu olduğu diqqəti xüsusi çəkir. 2012-ci ildə Azərbaycanın dünyanın ən mötəbər təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının başlıca qurumu sayılan Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc dövlətin beynəlxalq hörmətinin və nüfuzunun zirvəsi kimi tarixi əhəmiyyət və məna yükünə malikdir. Azərbaycanın dünyanın say etibarilə ikinci ən böyük beynəlxalq təşkilatına - Qoşulmama Hərəkatına sədrlik etməsi onun beynəlxalq iştirakçılığının əhəmiyyəti və miqyasının daha bir inandırıcı sübutudur.

Ulu Öndərin milli dövlətçilik strategiyasının yeni tarixi şəraitdə Prezident İlham Əliyev tərəfindən məharətlə təkmilləşdirilməsi onun növbəti uğurlarının etibarlı fundamentidir. Bu dövrdə Azərbaycanın inkişafını onun  ardıcıl surətdə yeniləşməsi və modernləşməsi fenomeni tamamlayır. Ölkəmizin mötəbər beynəlxalq təşkilatların hesabatlarında davamlı olaraq modernləşən və islahatlara açıq ölkə kimi qiymətləndirilməsi müasir Azərbaycan reallığının ən əlamətdar hadisəsi sayıla bilər.

Müstəqil Azərbaycanın ən böyük uğuru sayılmaq haqqının ikinci ildönümü bu yaxınlarda qeyd olunan və Qarabağın uzunmüddətli işğalına son qoyan möhtəşəm Zəfərə mənsub olduğu hamılıqla qəbul edilir. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qüdrət və əzəmətinin parlaq nümayişi kimi diqqəti cəlb edir. Sübuta ehtiyac yoxdur ki, qalibiyyətli müharibə kompaniyasının əsasını dövlətin qüdrətli ordusu ilə yanaşı, güclü iqtisadiyyatı, milli həmrəyliyi, beynəlxalq dəstəyi və sair kimi bir sıra fundamental amillər təşkil edir. Digər tərəfdən, Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqının mübarizə əzmini, Qarabağın azadlığı naminə hər cür qurbanlar vermək qətiyyətini bir daha sübuta yetirdi.

Vətən müharibəsinin uğurlu sonluğu Heydər Əliyevin 30 il əvvəl Yeni Azərbaycan Partiyasının proqramında təsbit edilən yeni, müstəqil, qüdrətli Azərbaycan quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin və dəyişən reallıqlara uyğun olaraq təkmilləşdirilməsinin aydın görünən ifadəsidir. Möhtəşəm Zəfər Ulu Öndərin ideyalarının və Prezident İlham Əliyevin praqmatik siyasətinin əzəmətli nəticəsi kimi tariximizin ən parlaq səhifəsini təşkil edir. 

Yeni Azərbaycan Partiyasının yaradılmasından keçən 30 il ərzində  Azərbaycan böyük inkişaf mərhələsi yaşayıb. Dünyanın ən uğurlu gənc müstəqil dövlətlərindən biri kimi tanınıb, qlobal miqyasda ən yüksək iqtisadi inkişaf nümunələri nümayiş etdirib, bir çox regionalqlobal enerjikommunikasiya layihəsini müvəffəqiyyətlə reallaşdırmağa nail olub, beynəlxalq həyatın fəal aktorları sırasına daxil ola bilib, işğal altında olan torpaqlarını geri qaytarıb. Cəmi 31 illik müstəqillik tarixi olan gənc dövlətin uğur və qələbələri siyahısının zənginliyindən müsbət mənada heyrətə gəlməmək mümkün deyil.

Azərbaycanın şərəfli keçmişini onun daha parlaq gələcəyinin həm əsası, həm də ilham mənbəyi hesab edirəm. Yeni Azərbaycan Partiyasının növbəti yubileylərinin yeni-yeni uğurlarla əlamətdar olacağına dərindən inanır və hamılıqla bu xoş ümidlərlə yaşayırıq.

 

Əli ƏHMƏDOV,

Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Azərbaycan.-2022.- 18 noyabr.- S.8.