Milli Məclisdə
ABŞ-ın Yuta ştatının
nümayəndə heyəti ilə görüş
keçirilib
Noyabrın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-ın Yuta ştatından olan nümayəndə heyətinin üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Səməd Seyidov Azərbaycanla ABŞ arasındakı ortaq cəhətlərdən danışıb. Bildirib ki, hər iki ölkədə müxtəlif dinlərə, dillərə, millətlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Ölkəmizdə mövcud olan tolerantlıqdan söhbət açan komitə sədri müxtəlif konfessiyaların qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyini söyləyib.
Səməd Seyidov
qonaqları, eyni zamanda,
regionda mövcud vəziyyətlə
bağlı məlumatlandırıb. Bildirib
ki, Azərbaycan Ermənistanla sülh şəraitində qonşuluq
münasibətləri qurmaq niyyətindədir.
Erməni xalqı da sülh
istəyir, lakin bəzi qüvvələr
buna mane olurlar.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanın multikulturalizm ənənələrindən danışıb. Bildirib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri həmrəylik şəraitində yaşayırlar. O, Azərbaycanla ABŞ arasında əlaqələrin inkişaf perspektivlərinə toxunaraq, təhsil, o cümlədən tələbə mübadiləsi sahəsində əməkdaşlığın əhəmiyyətli olduğunu deyib.
Milli
Məclisin deputatı Azərbaycanın Vətən müharibəsində
Qələbəsindən, erməni vandallarının
işğal dövründə torpaqlarımızda törətdikləri
vəhşiliklərdən və dağıntılardan, azad
edilmiş ərazilərdə hazırda həyata keçirilən
bərpa və quruculuq işlərindən bəhs edib.
ABŞ-ın Yuta Ştatının senatoru Maykl K.Mckell Azərbaycanın multikultural dəyərlərə verdiyi önəmdən söz açıb. O, Azərbaycanın keçdiyi hazırkı dönəmdə ölkəmizin yanında olduqlarını deyib, ölkələrimiz arasında iqtisadi, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf etdiyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər
barədə də fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2022.- 18 noyabr.- S.6.