Daha möhtəşəm zirvələrə doğru

 

Türk Dövlətləri Təşkilatının çətiri altında birləşən qardaş ölkələr arasında münasibətlər getdikcə daha da möhkəmlənir

 

"Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığımızı fəallaşdırmalıyıq".

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan 2009-cu ildən, yəni qurum yarandığı gündən bu istiqamətdə çox mühüm addımlar atıb. Azərbaycan həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm ikitərəfli əsasda quruma üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Bu xüsusda Prezident İlham Əliyevin Türkiyə, Qırğızıstan, Qazaxıstana son 7 ayda Özbəkistana üç səfəri müstəsna əhəmiyyət kəsb edir.

 

Naxçıvandan başlanan 13 illik uğurlu yol

 

Türk Dövlətləri Təşkilatı (əvvəlki adı - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası. red) türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması" haqqında sazişə əsasən təsis edilib.

Ötən ilə qədər Türk Şurası adlandırılan Türk Dövlətləri Təşkilatı (TDT) son 13 ildə böyük inkişaf yolu keçib. İllər öncə imzalanmış sazişə əsasən şuranın məqsədi türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional ikitərəfli əməkdaşlığın edilməsi, bütün sahələrdə qarşılıqlı əlaqənin ölkələr arasında təmasların təşviqi sairdir.

Bu dövrdə üzv dövlətlər şuranın məqsəd prinsiplərinə uyğun olaraq əməkdaşlığın yeni formatlarını qurublar. Belə ki, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət Sənaye Palatası Türk Biznes Şurası kimi qurumların yaradılması nəticəsində TDT çərçivəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib.

Azərbaycan TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir təşkilatın çətiri altında qardaş xalqlar arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün qlobal təşəbbüslər irəli sürür. Münasibətlərin inkişafı ilə bağlı Azərbaycanın hər zaman irəli sürdüyü təkliflər türkdilli dövlətlərin birliyinin daha da gücləndirilməsini şərtləndirib.

 

Azərbaycan türk dövlətlərinin birliyinə mühüm töhfələr verib

 

Hazırda bütün dövlətlər sülhün sabitliyin qorunması, eləcə sosial-iqtisadi rifahın mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Ona görə ortaq mədəni mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk dövlətlərinin daha da möhkəmlənmələri, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz milli maraqlarını müdafiə etmələri baxımından təşkilatlanmaları olduqca vacibdir.

Azərbaycan türk cümhuriyyətləri ilə əlaqələrində məhz bu mövqedən çıxış edir daim bu prinsiplərə sadiq qalır. Xarici siyasət konsepsiyasında türkdilli dövlətlərlə əlaqələrin bütün sferalar üzrə inkişaf etdirilməsinin təşəbbüskarı olan Azərbaycan türkdilli dövlətlərin səylərinin birləşdirilməsini bu cür çağırışların vaxtında effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir.

Səmərqənddə keçirilən IX Zirvə görüşündə İlham Əliyev bildirdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib.

Dövlətimizin başçısı vurğulayıb ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: "Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır".

 

İlham Əliyev türk dövlətlərinin başçılarını Qarabağa Şərqi Zəngəzura dəvət etdi

 

Prezident həmçinin İkinci Qarabağ müharibəsindəki böyük Zəfərimizin ikinci ilinin təkcə ölkəmizdə deyil, qardaş ölkələrdə qeyd edildiyini vurğuladı. Erməni vandalizminin ağır fəsadlarından söz açan dövlət başçısı son iki ildə Azərbaycanın yalnız öz qüdrəti hesabına Qarabağda Şərqi Zəngəzurda reallaşdırdığı layihələr barədə ətraflı məlumat verdi.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri apardığını deyən Prezident keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Böyük qayıdış proqramının icrasına başlanıldığını bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak etdiyini diqqətə çatdırdı. Həmçinin bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda Cəbrayılda olub.

İlham Əliyev digər türk dövlətlərinin başçılarını da Qarabağa Şərqi Zəngəzura dəvət etdi eləcə işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bunlar Azərbaycan-özbək Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür.

Qarabağ münaqişəsinin başa çatdığını bir daha söyləyən İlham Əliyev regionda yeni yaranmış reallaqların türk dövlətlərinin iqtisadiyyatına da böyük dividendlər gətirə biləcəyini vurğuladı. Bu xüsusda açılacaq Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha diqqətə çatdırdı. Prezident dedi ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Qeyd edildi ki, Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Zirvə görüşünün sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər isə Azərbaycanın iqtisadi qüdrətini bir daha dünyaya nümayiş etdirmiş oldu: "Qarabağla əlaqədar çox ciddi mübarizə aparan bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən qardaşım İlham Əliyevin iki ildə bu sahədə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük. Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət, həqiqətən, bizim üçün qürur mənbəyidir".

Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin türk dövlətlərinin birliyinin daha da güclənməsinə verdiyi töhfələrin qardaş ölkələrin Azərbaycana münasibətlərinin bariz təcəssümüdür. Görünən odur ki, Türk Dövlətləri Təşkilatının üzvləri arasındakı əlaqələr getdikcə daha da güclənir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-12 noyabr.- S.3.